Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mustafa İzzət (türk. Mustafa Kemal İzzet, 31 oktyabr 1974) — türkiyəli keçmiş peşəkar futbolçu. İngiltərədə "Muzzy İzzet" kimi tanınıb.

Mustafa İzzət

  • Ana Səhifə
  • Vikipediya
  • Mustafa İzzət

Mustafa İzzət (türk. Mustafa Kemal İzzet, 31 oktyabr 1974) — türkiyəli keçmiş peşəkar futbolçu. İngiltərədə "Muzzy İzzet" kimi tanınıb.

Mustafa İzzət
Mustafa Kemal Izzet
Ümumi məlumatlar
Ləqəbi Muzzy
Doğum tarixi 31 oktyabr 1974 (51 yaş)
Doğum yeri Mile End, London, İngiltərə
Vətəndaşlığı Türkiyə Türkiyə /  Böyük Britaniya
Boyu 1.78 m
Mövqeyi Yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
İngiltərə Senrab
İngiltərə Çarlton Atletik
İngiltərə Çelsi
Klub karyerası
1993–1996 İngiltərə Çelsi 0 (0)
1996 (icarə) İngiltərə Lester Siti 9 (1)
1996–2004 İngiltərə Lester Siti 260 (37)
2004–2006 İngiltərə Birmingem 26 (1)
2009 İngiltərə Turmaston 1 (0)
Milli yığma
2000–2004 Türkiyə Türkiyə 9 (0)
Təltif və medalları
Bürünc FIFA Dünya Kuboku2002

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngiltərədə anadan olsa da, Türkiyə milli komandasında oynayıb. O, Türkiyə milli komandası ilə UEFA Avro 2000-də oynayıb və 2002-ci il FİFA Dünya Kubokunda bürünc medal qazanan heyətin üzvü olub.

Mündəricat

Həyatı

Atası kiçik yaşlarında İngiltərəyə gələn Kipr türkü, anası isə ingilisdir.

Kiçik qardaşı Kamal İzzət də peşəkar futbolçu olub. Kamalın sözlərinə görə, idmana olan ehtirası sayəsində ataları onu və Mustafanı futbolçu olmağa sövq edib.

Karyera

İzzət məktəbli yaşlarında Çelsi klubu ilə müqavilə imzalayıb. Lakin London klubunda olduğu üç il ərzində heç vaxt əsas komandada meydana çıxmayıb.

O, 1996-cı ilin mart ayında icarə əsasında 3 aylıq Lester Siti klubuna keçdi. O, bu müddətdə doqquz oyunda meydana çıxaraq bir qol vurur. Bu göstərici ona komandada yerini möhkəmləndirməyə kömək olur. Premyer Liqaya vəsiqə qazanmaq üçün olan pley-off qarşılaşmasında "Lester" klubu Kristal Palas klubu məğlub edir. Bundan sonra "Lester" İzzəti 800.000 funt sterlinq müqabilində transfer edir. O, Premyer Liqadakı ilk mövsümündə komandadakı yerini qorudu və bu mövsüm klubu üçün uğurlu oldu. Onlar Premyer Liqada 9-cu yeri tutdular və Liqa Kubokunu qazandılar. İzzət yarımmüdafiədə Neil Lennon ilə əla tandem təşkil etdi və bu tandem, "Lester"ə çox kömək etdi.

1998–99 mövsümündə "Lester" liqada 10-cu yeri tutdu və yenidən Liqa Kubokunun finalına yüksəldi, lakin burada Tottenhem Hotspur klubuna məğlub oldu. Növbəti mövsüm "Lester" 8-ci yeri tutdu və yenidən Liqa Kuboku Finalına yüksəldi. Komandanın bu dəfə ki rəqibi Birinci Diviziondan "Tranmere Rovers" klubu oldu. Bu il onlar 2–1 hesabı ilə qalib gəldilər və hər iki qolu Mett Elliott vurdu. İzzət bütün bu müddət ərzində komandada daimi oyunçu idi. Onun Lesterdəki oyunu "Vest Hem" və Midlsbro klubları tərəfindən maraq doğursa da, o, klubu tərk etmədi.

2001–02 mövsümünün başlamazdan əvvəl "Lester"də qalacağına söz versə də, İzzət 2001-ci ilin payızında başqa kluba getmək istədiyini bildirir. Ancaq "Midlsbro" klubundan təklif gələndə, "tullanan gəmi" kimi görünmək istəmədiyi üçün, təklifdən imtina edir. "Lester"in aşağı liqaya düşməsindən və klubun maliyyə problemi yaranmasından sonra İzzətin yenidən "Middlsbro" klubuna keçmək istəyir. Lakin "Lester"in futbolçu üçün istədiyi 6 milyon funt sterlinqi "Middlsbro" ödəmir. O, 2003-cü ilin mart ayında transfer tələbini geri götürür və klub bir ay sonra, 19 apreldə Premyer Liqaya yüksəlməyi təmin edir. 2004-cü ilin yanvar ayında "Lester" klubu Aston Villa və Blekbörn klublarının İzzət üçün etdiyi 500.000 funt sterlinqlik təklifi rədd edir. "lester" 2003–04 mövsümünün sonunda aşağı liqaya düşür. İzzətin həftəlik 30.000 funt sterlinq maaşını ödəyə bilməyən klub, onunla ayrılmağa razı olur. İzzət mövsüm ərzində "Lester"in ən çox oyunçusu iolur və klubun 48 qolundan 14-ünə və ya klubun vurduğu qolların 29%-nə məhsuldar ötürmə edir.

2004-cü ilin iyun ayında azad agent kimi Birmingem Siti klubuna keçir və üç illik müqavilə imzalayır. 2004-cü ilin sentyabrında "Bolton" klub ilə görüşdə "Birmingemm"in heyətində ilk qolunu vurur. 3 oktyabr 2004-cü ildə baş tutmuş növbəti matçda İzzət "Nyukasl Yunayted"in oyunçusu Olivye Bernardın zərbəsindən sonra dizindən zədə alır. Bu zədəyə görə uzun müddət oynaya bilmir və mövsümun yerdə qalan müddəti ərzində yalnız iki dəfə meydana çıxa bilir. Diz problemləri növbəti mövsümdə də davam edir və o, klubda ehtiyat oyunçuya çevrilir. Zədəsinin sağalmamasına görə, 2006-cı ilin iyun ayında futboldan ayrıldığını elan etmək məcburiyyətində qalır.

28 noyabr 2009-cu ildə İzzət şənbə günü Lesterşir Yüksək Liqasının təmsilçisi "Thurmaston Taun" komandasında meydana çıxaraq futbola qayıdır. Lakin, bir neçə gün sonra o, dizinin hələ də çox ağrıdığını söyləyərək karyerasını həmişəlik bitirdiyini açıqlayır.

Milli komanda

İzzət Kipr əsilli atasına görə Türkiyə milli komandasına dəvət edilir. O, Avro 2000 üçün Türkiyə heyətinə daxil edilir və turnirdə ilk dəfə qrup mərhələsində, Türkiyə İsveçlə 0–0 heç-heçə etdikdə meydana çıxır. O, həmçinin 2002-ci il Dünya Kuboku üçün heyətdə yer almış və Braziliyaya 1–0 hesabı ilə məğlub olduqları oyunda sonradan meydana çıxmışdır.

İzzət milli komandada ümumilikdə doqquz oyunda iştirak edib.

Karyerasını bitirdikdən sonra

İzzət hazırda həmkarı, həm də keçmiş peşəkar futbolçu və Lester komandasının keçmiş üzvü Stiv Uolşla birlikdə futbol akademiyasına rəhbərlik edir. 2015-ci ilin sentyabr ayında İzzətin "Muzzy: Mənim Hekayəm" adlı avtobioqrafiyası nəşr olunub. Avtobioqrafiya "Leicester Mercury"nin yazıçısı Li Marlou ilə birgə yazılmışdır.

İzzət həm də, Lesterşirin Hinkli şəhərində yerləşən Xüsusi Təhsil Ehtiyacları Məktəbi olan Doroti Qudman Məktəbinin səfiridir.

Uğurları

Lester Siti

  • Futbol Liqası Kuboku: 1996–97, 1999–2000;

Türkiyə

  • FIFA Dünya Kuboku bürünc medal: 2002

Fərdi

  • Premyer Liqada Ayın Oyunçusu: Sentyabr 1999
  • Premyer Liqada ən çox məhsuldar ötürmə: 2003–04
  • PFA İlin Komandası: 2002–03 Birinci Divizion

Medal

  • Fərqlənməyə görə Türkiyə Dövlət Medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mustafa İzzət haqqında məlumat. Mustafa İzzət nədir? Mustafa İzzət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdülrza Azər

  • Fevral 27, 2026

    Phaseolus harmsianus

  • Fevral 27, 2026

    Toqo

  • Fevral 27, 2026

    Mirzə Əsədullayev

  • Fevral 27, 2026

    Yamaqata prefekturası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst