Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yefim Qriqoryeviç Qurviç (1917, Bakı – 12 fevral 1987, Bakı) — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1

Yefim Qurviç

  • Ana Səhifə
  • Vikipediya
  • Yefim Qurviç

Yefim Qriqoryeviç Qurviç (1917, Bakı – 12 fevral 1987, Bakı) — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1986).

Yefim Qurviç
"Azərinform"un direktoru
sentyabr 1962 – 26 dekabr 1986
ƏvvəlkiXasay Vəzirov
SonrakıRafiq Zeynalov
23 may 1942 – iyul 1958
ƏvvəlkiVasili Xaldeyev
SonrakıXasay Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 1917(1917)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası
Vəfat tarixi 12 fevral 1987(1987-02-12) (69–70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1941–1987)
Fəaliyyəti jurnalist

Təltifləri "Oktyabr inqilabı" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Azərbaycan SSR əməkdar jurnalisti

Həyatı

Yefim Qriqoryeviç Qurviç 1917-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada almış və 1932-ci ildə əmək fəaliyyətinə başlamışdır. Bir neçə il həmkarlar ittifaqı təşkilatlarında — Azərbaycan Həmkarlar İttifaqları Şurasında, Kooperativ və Dövlət Ticarəti İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində, Dənizçilərin Həmkarlar İttifaqının Hövzə Komitəsində müxtəlif texniki işlərdə çalışmışdır.

1935-ci ildə komsomol üzvlüyünə qəbul edilmiş, 1936-cı ilin sentyabr ayında "Molodyoj Azerbaydjana" komsomol qəzetinin redaksiyasına işə girmişdir. O, əvvəlcə burada ədəbi işçi, ardınca məsul katib olmuş, bir müddət sonra isə "Vışka" qəzeti redaksiyasında işləmişdir. 1939-cu ilin mart ayından Azərbaycan Teleqraf Agentliyində (Azərinform) ədəbi işçi, şöbə müdiri, direktor müavini, sonra isə direktor vəzifəsində çalışmışdır.

Yefim Qurviç 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, yeddi çağırış (4-cü, 6–11-ci çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar jurnalisti" və "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür.

Yefim Qurviç 12 fevral 1987-ci ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yefim Qurviç haqqında məlumat. Yefim Qurviç nədir? Yefim Qurviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tibet-Birma dilləri

  • Fevral 27, 2026

    Hərəm

  • Fevral 27, 2026

    Şövkət Məmmədova

  • Fevral 24, 2026

    Danimarka dili

  • Fevral 27, 2026

    Hüseyn Onn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst