Tağı Kərbəlayı Ağa Əli oğlu Nağıyev (bilinmir, Bakı – 1934, Bakı) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri.
| Tağı Nağıyev | |
|---|---|
| Tağı Kərbəlayı Ağa Əli oğlu Nağıyev | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir |
| Doğum yeri | |
| Vəfat tarixi | 1934 |
| Vəfat yeri | |
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Siyasi fəaliyyəti
1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:
| 1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi. |
1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağıyev də var idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tağı Nağıyev haqqında məlumat. Tağı Nağıyev nədir? Tağı Nağıyev nə deməkdir?
