Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 2008[…], Martas-Vinyard[d], Massaçusets) — məşhur ame

Samuel Hantinqton

  • Ana Səhifə
  • Vikipediya
  • Samuel Hantinqton

Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 2008[…], Martas-Vinyard[d], Massaçusets) — məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid problemləri üzrə tanınmış mütəxəssis.

Samuel Hantinqton
ing. Samuel P. Huntington
Doğum adı Samuel Phillips Huntington
Doğum tarixi 18 aprel 1927(1927-04-18)[…]
Doğum yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 24 dekabr 2008(2008-12-24)[…] (81 yaşında)
Vəfat yeri
  • Martas-Vinyard[d], Massaçusets, ABŞ
Vəfat səbəbi şəkərli diabet
Elm sahəsi beynəlxalq münasibətlər
İş yerləri
  • Harvard Universiteti,
  • Kolumbiya Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Yel Universiteti,
  • Çikaqo Universiteti
Tanınmış yetirmələri Frensis Fukuyama, Con Mirşaymer
Tanınır "Sivilizasiyaların toqquşması" (ing. Clash of Civilizations)
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür. Bundan əlavə, o çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifi, "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olmuşdur.

24 dekabr 2008-ci ildə 81 yaşında Massaçusets ştatındakı Martas-Vinyard qəsəbəsində vəfat edib.

Mündəricat

İdeyaları

Hantinqtonun araşdırmalarının əsas problemlərindən biri, onun sosial-iqtisadi modernləşmədən ayırdığı siyasi inkişafdır. Amerikalı alim institutlaşmanı siyasi inkişafın əsas göstəricisi kimi görürdü. "Dəyişən cəmiyyətlərdə siyasi quruluş 1968" adlı əsəri bu problemlərə həsr olunmuşdu. "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) adlı kitabında Hantinqton 70-ci illərin sonu və 80-ci illərdə bir çox ölkələrdəki demokratiyaya keçişi demokratikləşmənin qlobal prosesi olaraq dəyərləndirirdi. Bununla bərabər, o, bəzi ölkələrin geriyə, avtoritar rejimlərə dönüşünü istisna etmirdi. Lakin təkamülün ümumi gedişi, onun fikrincə, demokratiya yolunu seçmiş ölkələrin sayının durmadan artması istiqamətindədir.

Əsərləri

  • Əsgər və Dövlət: Sivil-Hərbi əlaqələrin nəzəriyyəsi və siyasəti. (1957)
  • Ümumi Müdafiə: Milli Siyasətdə Strateji Proqramlar. (1961)
  • Dəyişən Cəmiyyətlərdə Siyasi Düzən. (1968)
  • Üçüncü Dalğa: XX Əsrin Sonlarında Demokratikləşmə. (1991)
  • Sivilizasiyaların Toqquşması və Dünya Düzəninin Yenidən Qurulması. (1996)
  • Biz kimik? Amerikanın Milli Kimlik Problemləri. (2004)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samuel Hantinqton haqqında məlumat. Samuel Hantinqton nədir? Samuel Hantinqton nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Müqəddəs İosif

  • Fevral 25, 2026

    Daş kömür

  • Fevral 27, 2026

    Aşağı Əylis

  • Fevral 27, 2026

    Balinalar

  • Fevral 27, 2026

    İmam Həsən

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst