Arsenopirit — mineral. Arsenopiritə eyni zamanda arsen kolçedanı da deyilir.
| Arsenopirit | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Kateqoriya | Mineral |
| Formul (təkrarlanan vahid) | FeAsS |
| Strunz təsnifatı | II/C.09 |
| Xüsusiyyətləri | |
| Kristalloqrafik sinqoniya | monoklinik sinqoniya[d] |
| Zolaq rəngi | qara |
Xassələri
Qatışıqları — Co, Cu, Au. Rəngi gümüşü-ağ, poladı-boz, qara arsında dəyişir. Cizgisi bozumtul-qaradır. Monoklinik sinqoniyada kristallaşır. Qısa prizmatik iynəşəkilli qrup formaları təşkil edir. Kristalları L2 üzrə cizgiləşmişdir. İkiləşmə {100} və {001} üzrə, bitişmə və daxil olma ikiləşmə {101} üzrə, xaçvari və ulduzvari üçlüklər isə {012} üzrədir. Ayrılma {101} üzrə mükəmməldir. Aqreqat: dənəvəri, çubuqvaridir. Parıltı metallik. Sərtliyi 5,5–6. Xüsusi çəki 5,9–6,3. Özünəbənzər minerallardan qalayı-boz rəngi, yüksək sərtliyi və çəkiclə əzərkən özünəməxsus qoxu verməsi ilə fərqlənir.
Əmələ gəlməsi
Hidrotermal, paragenezislərini volfram, qalay, qurğuşun, sink, kvars, çöl şpatatları, karbonatlar, bəzən turmalin təşkil edir.
İşlədilməsi
Kimya sənayesində arsen almaq üçün. kənd təsərüfatında zərərvericilərə qarşı, gön-dəri sənayesində də istifadə olunur.
Yataqları
Rusiyada Uralda damarşəkillii qızıl yataqlarında, Orta Asiyada əhəngdaşları içərisində mövcuddur. Ən böyük yatağı İsveçdə Boliden yatağıdır. Burada arsenopirit qızılla birlikdə çıxarılır.
Qalareya
Arsenopirit flüoritlə birlikdə
Arsenopirit kvarsla
Arsenopirit (Rusiya)
Həmçinin bax
- Arsenolit
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arsenopirit haqqında məlumat. Arsenopirit nədir? Arsenopirit nə deməkdir?