Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cokyakarta (Yogyakarta, Joq jakarta, Djokjakarta) — İndoneziyada şəhər. Cokyakarta xüsusi ərazi dairəsinin inzibati mərkəzi.

Cokyakarta

  • Ana Səhifə
  • Vikipediya
  • Cokyakarta

Cokyakarta (Yogyakarta, Joq jakarta, Djokjakarta) — İndoneziyada şəhər. Cokyakarta xüsusi ərazi dairəsinin inzibati mərkəzi.

şəhər
Cokyakarta
ing. Yogyakarta
Bayraq Gerb
Bayraq Gerb
7°48′01″ c. e. 110°23′28″ ş. u.HGYO
Ölkə  İndoneziya
Tabesində Cokyakarta
Region Cokyakarta
Başçı Haryadi Suyuti
Tarixi və coğrafiyası
Əsası qoyulub 17 oktyabr, 1756
Sahəsi
  • 32,5 ± 0,01 km²
Mərkəzin hündürlüyü 113 ± 1 m
Saat qurşağı
  • UTC+07:00
Əhalisi
Əhalisi 412,331 nəfər (2016)
Sıxlığı 9,000 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +62 274
Poçt indeksi 55111–55792
Nəqliyyat kodu AB
Digər
jogjakota.go.id
Xəritəni göstər/gizlə
Cokyakarta xəritədə
Cokyakarta
Cokyakarta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 669,9 min (2007; aqlomerasiyada 1,6 mln.) nəfərdir.

Coğrafiyası

Hind okeanı sahilindən 35 km-lik məsafədə, Yava adasının mərkəzi hissəsində, Merapi vulkanından (hündürlüyü 2911 m) cənubda yerləşir. Avtomobil yolları qovşağı, adanın digər şəhərləri ilə dəmiryol əlaqəsi. Beynəlxalq aeroport (Adisuçipto).

Tarixi

Kotaqede, Mataram sultanlığının keçmiş paytaxtı

Cokyakarta (Yava dilində "çiçəklənməli olan şəhər") 1755-ci ildə Yava şahzadəsi Manqku bumi tərəfindən eyniadlı sultanlığın pay taxtı kimi salınmışdır. 19–20-ci əsrlərdə Hollandiya müstəmləkə idarəçiliyinə qarşı milli müqavimətin dayağına çevrilmişdi. Yava üsyanı (1825–30) zamanı Diponeqoronun baş qərargahı, 1942–45-ci illərdə isə Sukarnonun başçılığı ilə xalq müqaviməti hərəkatının qərargahı Cokyakartada yerləşirdi. 1946–49 -cu illərdə Cokyakarta İndoneziyanın müvəqqəti paytaxtı olmuşdur. Şəhər dəfələrlə zəlzələ və Merapi vulkanının püs kürməsindən dağıntılara məruz qalmışdır (2006-cı il mayın 27-də baş vermiş zəlzələ nəticəsində təqribən 6 min nəfər həlak olmuşdur).

Memarlığı

Gadgah Mada Universitetinin əsas ofisi

Şəhərin tarixi mərkəzində Sultan sarayı ansamblı ("kraton", 18-ci əsr), park və Taman-Sari sarayının ("Su qəsri", 1758; 2006-cı ildən bərpa edilmişdir) qalıqları; şimal hissəsində müasir işgüzar mərkəzi (Calan-Malioboro əsas ticarət küçəsində 19–20-ci əsrlər holland müstəmləkə üslubunda olan binalar saxlanılmışdır) yerləşir. Bentenq-Fredeburq holland qalası (1765; hazırda İndoneziyanın müstəqilliyi uğrunda mübarizə tarixi muzeyidir) bərpa edilmişdir. Qadja-Mada Universiteti (1949) ölkənin ilk və ən nüfuzlu ali məktəbidir; Cokyakarta Dövlət Universiteti, İndoneziya İncəsənət İnstitutu (1984), həmçinin bir sıra qeyri-dövlət ali məktəbi, o cümlədən İndoneziya İslam Universiteti (1945); Klassik Yava rəqsi məktəbi və "Kölgələr" teatrı (vayanq-kulit); İslam kitabxanası (1942) və regional kitabxana (1949); İndoneziya Sonobudoyo incəsənəti muzeyi (1935), İndoneziyanın milli qəhrəmanı şahzadə Diponeqoro muzeyi, HHQ muzeyi; Okeanarium (dünyada akulalar üçün ən iri hovuzlardan biri), Pasar-Nqasem quş bazarı və s. fəaliyyət göstərir.

İqtisadiyyatı

Nəqliyyat sistemi

Hər il Cokyakartada İndoneziya musiqi və rəqs sənəti festivalı keçirilir. Cokyakarta turizm mərkəzidir. İşləyənlərin 2/3-sindən çoxu xidmət sferasında çalışır (əsasən, ticarət və əyləncə sənayesində). Cokyakarta batik istehsalının iri mərkəzidir.

Sənayesi

Panti Rapih hospitalının əsas binası

Cokyakartanın şəhərətrafı olan Kotagede (16–17-ci əsrlərdə Yavada Mataram imperiyasının paytaxtı olmuşdur) gümüş üzərində döymə və zərgərlik məmulatları istehsalı üzrə ölkənin başlıca mərkəzidir; şəhərətrafı Kasonqan ənənəvi İndoneziya keramikası istehsalının mühüm mərkəzidir. Toxuculuq və tikiş məmulatları (əsasən, batikdən geyimlər) istehsal olunur; yeyinti (şəkər, meyvə-tərəvəz konservi, yağ və s.), tütün, mebel sənayesi müəssisələri fəaliyyət göstərir; metal emal edilir, ənənəvi İndoneziya sənətkarlığı əşyaları və suvenirlər hazırlanır. Cokyakartanın yaxınlığında yerləşən 8–10-cu əsrlərə aid Borobudur Budda məbədi və Pram banan hinduist məbədi kompleksi Ümumdünya irsi siyahısına salınmışdır.

Qalereya

  • Cokyakarta sultanlığının əsas pavilionu
    Cokyakarta sultanlığının əsas pavilionu
  • Adisusipto beynəlxalq aeroportu
    Adisusipto beynəlxalq aeroportu
  • Taman Sari su qalası
    Taman Sari su qalası
  • Tuqu dəmiryol stansiyası
    Tuqu dəmiryol stansiyası

Həmçinin bax

  • Cohor Baru

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cokyakarta haqqında məlumat. Cokyakarta nədir? Cokyakarta nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Siderit

  • Fevral 27, 2026

    Terrassa

  • Fevral 27, 2026

    Efir

  • Fevral 25, 2026

    Qədim Gəncə

  • Fevral 27, 2026

    Toxumçıxarıcı kanal

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst