Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zorxana — İran, Azərbaycan, Əfqanıstan və Türkiyədə pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan.

Zorxana

  • Ana Səhifə
  • Vikipediya
  • Zorxana

Zorxana — İran, Azərbaycan, Əfqanıstan və Türkiyədə pəhləvanların Azərbaycan milli güləşi zamanı yarışdıqları meydan.

Mündəricat

Zorxana pəhlivanları

Azərbaycanlı güləşçi Rəşid Yusifov zorxanada

Bu baxımdan XVIII əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət tapmış Maştağalı Hüseynqulu Hacı Mürsəloğlu, onun yetirməsi, vaxtilə "altıaylıq pəhləvan" adı ilə məşhur olan Əbdüləli Axundov, yenilməz meydan pəhləvanı Abşeronlu Hüseynqulu Mirzə Haşım oğlu, Göyçaylı Çingiz pəhləvan, Balaxanılı Sap Pənci, Bakılı Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa bu dövrdə zorxana üzrə xüsusi hörmət qazanmış pəhləvanlar olublar.

Qarabağda, Şuşada pəhlivanlıq məktəbi vardı. Məktəbin xərcini Cəfərqulu xan Nəva çəkirdi. Pəhləvan Nabat, Pəhlivan Seyid Həsən çox məşhur idi.

XIX əsrin sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan Poddubnının rəhbərliyi ilə beynəlxalq yarışlara hazırlaşan Sali Süleyman tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub.

Mürsəl Həkimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı: "Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax, Borçalı bölgələrində məşhur olmuşlar.

XIX əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən pələnglə rastlaşıb, onun cəngini ayıraraq öldürüb. O, həmişə el toylarında sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda məğlubiyyət nə olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir, məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast gəlmək mümkündür.

Şəkillər

  • Zorxana (İngilis səyyahı H. Drouelın rəsmi,1825)
    Zorxana (İngilis səyyahı H. Drouelın rəsmi,1825)
  • Mil (zorxana aləti)
    Mil (zorxana aləti)
  • Səngi (zorxana aləti)
    Səngi (zorxana aləti)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zorxana haqqında məlumat. Zorxana nədir? Zorxana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fevral inqilabı

  • Fevral 27, 2026

    E.ə. 570

  • Fevral 10, 2026

    Dissident

  • Fevral 12, 2026

    Mübtəda

  • Fevral 27, 2026

    Sinsinnati

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst