Qarahəmzəli, Qarahamzalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
| Tarixi Azərbaycan əraziləri | |
| Qarahəmzəli | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Ölkə | Qərbi Azərbaycan |
| Bölgə | Gərnibasar mahalı |
| İndiki adı | Burastan |
| Adının dəyişdirilmə tarixi | 1978 |
| Əhalisi |
|
| Saat qurşağı |
|
| Xəritədə yeri | |
![]() Qarahəmzəli | |
Tarixi
Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər.
Coğrafiyası və iqlimi
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.
Əhalisi
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.
Toponimi
XIX əsrin əvvəllərində əhalisi qarışıq idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır . 1590-cı ildən mə'lumdur Еhtimal ki, Qars əyalətində Qara Həmzə kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1728-ci ilə aid mənbəyə görə digər adı "Nəhri-Mustafa" idi. 1935-ci ildə kənd Tamamlı, 1950-ci ildə ermənicə Burastan adlandırılmışdır. Qəryə (kənd) və Həmzəli etnonimindən ibarətdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarahamzalı haqqında məlumat. Qarahamzalı nədir? Qarahamzalı nə deməkdir?

