Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fenrir (köhnə şimal dilində fen-dweller – "bataqlıq sakini"), həm də Fenrisúlfr ("Fernirin qurdu"), Hróðvitnir ("şöhrətli qurd") və Vánagandr ("Van çayının cana

Fenrir

  • Ana Səhifə
  • Vikipediya
  • Fenrir

Fenrir (köhnə şimal dilində fen-dweller – "bataqlıq sakini"), həm də Fenrisúlfr ("Fernirin qurdu"), Hróðvitnir ("şöhrətli qurd") və Vánagandr ("Van çayının canavarı") adları ilə tanınır. O, German-skandinav mifologiyasında ən qorxulu və ən məşhur varlıqlardan biri hesab olunur. Fernir Loki ilə nəhəng qadın Angrbodanın övladıdır. Onun bacısı Hel (ölülər aleminin hökmdarı), qardaşı isə Yormunqandr (dünyanı əhatə edən nəhəng ilan)dır.

Fenrir
isv. Fenrir
Mifologiya German-skandinav mifologiyası
Cinsi erkək orqanizm[d]
Atası Loki
Qardaşı və bacısı Yormunqandr, Hel (varlıq), Sleypnir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşə və ailəsi

Fenrir Loki ikən nəhəng Angrbodanın övladıdır. Onun digər iki bacı-qardaşı da çox təhlükəli varlıqlardır: Hel – ölü dünyasının hökmdarı, Yormunqandr isə bütün dünyanı əhatə edən ilan.

Tanrılar bu üç uşağın gələcəkdə çox təhlükəli olacağını hiss edirdilər. Ona görə də, Yormunqandrı dənizə atdılar, Heli ölü aləminə göndərdilər, Fenriri isə nəzarət altında böyütmək üçün Asqarda gətirirlər. Fenrir böyüdükcə inanılmaz gücə sahib olur, heç bir tanrı onu idarə edə bilmir. Onu yalnız Tyr yerləşməyə və yaxınlıq etməyə cəsarət edir.

Mifologiyada yeri

Tanrıların qorxusu və bağlanması

Fernir böyüdükcə tanrıların qorxusu artır. Onlar anlayırlar ki, bu canavar azad qalsa gələcəkdə böyük fəlakətlər törədəcək.

Tanrılar əvvəlcə onu adi dəmir zəncirlərlə bağlamağa çalışırlar. Fenrir bu zəncirləri çox asanlıqla qırır. Daha güclü zəncirlər düzəldirlər, amma Fenrir onları da sındırır.

Sonda tanrılar cırtdanlardan (cücələrdən) kömək istəyirlər. Cırtdanlar Gleipnir adlı sehrli bir bağ hazırlayırlar. Bu bağ ip kimi nazik olsa da, qırılmaz gücə sahib idi. Onu hazırlamaq üçün qeyri-adi şeylərdən istifadə olunmuşdur: pişik pəncəsinin səsi, qadın saçı, dağın kökləri, ayı siniri, balıq nəfəsi və quş tükü.

Tanrılar Fenriri bu ip ilə bağlamaq istəyirlər. Amma Fenrir həmin ipin zəif göründüyünə görə şübhələnir. O, yalnız bir şərtlə razı olur – əgər bağ həqiqətən zərərsizdirsə, tanrılardan jirinovski əlini onun ağzına qoysun. Bu şərti qəbul edən Tyr olur. Fenrir bağlandıqdan sonra ipdən qurtula bilmir, hirsindən Tyrın əlini qoparır və həmin vaxtdan etibarən Tyr əlini itirir.

Bundan sonra Fenrir dağların dərinliyinə bağlanır və Raqnarök gününə qədər orada qalır.

Raqnarök zamanı rolu

German-skandinav mifologiyasına görə dünyasının sonu olan Raqnarök gəldikdə Fenrir azad olur. O, bütün tanrılara qarşı döyüşür. Ən böyük faciə isə onun tanrıların başçısı Odini öldürməsi olur. Ancaq bu mifdə Fenririn də sonu gəlir. Odinin oğlu Vidar atasının intiqamını alır. O, güclü ayağı ilə Fenririn çənəsinu yerə basır və qılıncı ilə onu parçalayaraq öldürür. Beləliklə, Fenrir Raqnarök döyüşündə məhv edilir.

Adlarının mənası

Fenrir mifologiyada müxtəlif adlarla tanınır:

  • Fenrisulfr – Fen bataqlığının qurdu.
  • Hrodvitnir – Şöhrətli qurd.
  • Vagandr – Van çayının canavarı.

Bu adlar onun həm gücünü, həm də təbiətlə bağlı qorxulu mahiyyətini göstərir.

Mədəniyyətə təsiri

Fenrir qədim skald poeziyasında və şimal dastanlarında dağıdıcı güc, qorxu və faciənin rəmzi kimi təqdim olunur. Sonrakı əsrlərdə o, Avropa ədəbiyyatına, incəsənətinə və musiqisinə də daxil olmuşdur. Müasir dövrdə Fenrir obrazı filmlərdə, video oyunlarda və fantastik ədəbiyyatda tez-tez istifadə olunur.

Astronomiyada Fenrir

Fenrir adı yalnız mifologiyada deyil, həm də astronomiyada yaşayır. 2005-ci ildə Saturnun kiçik və qaranlıq peyklərindən biri kəşf edilmiş və ona Fenrir adı verilmişdir. Bu peyk cəmi 4 kilometr diametrə malikdir və Saturn ətrafında retroqrad, yəni əks istiqamətdə hərəkət edir. Onun "Norse" qrupuna daxil olan peyklərdən biri olması və çox uzaq, solğun görünməsi səbəbindən adını mifoloji varlıq olan Fenrir qoyublar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fenrir haqqında məlumat. Fenrir nədir? Fenrir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xanımotu

  • Fevral 27, 2026

    Solçuluq

  • Fevral 28, 2026

    Pazırıq xalısı

  • Fevral 23, 2026

    Cekson adası

  • Fevral 27, 2026

    Serpentin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst