Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken, Arxanqay) — İkinci Göytürk xaqanlığı başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.

Kül Tigin

  • Ana Səhifə
  • Vikipediya
  • Kül Tigin

Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken, Arxanqay) — İkinci Göytürk xaqanlığı başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs.

Kül Tigin
Qədim Türkcə: 𐰚𐰇𐰠𐱅𐰃𐰏𐰤‬
Kul Tiginin büstü Orxon çayı vadisi, Arxanqay vilayəti, Xaşaat qəsəbəsindəki Xoşu Tsaidam qəbiristanlığında tapılıb. Monqolustanın Milli Muzeyində yerləşir.
Kul Tiginin büstü Orxon çayı vadisi, Arxanqay vilayəti, Xaşaat qəsəbəsindəki Xoşu Tsaidam qəbiristanlığında tapılıb. Monqolustanın Milli Muzeyində yerləşir.
İkinci Göytürk Xaqanlığının hərbi rəhbəri
717 – 27 fevral 731
Hökmdar:
Bilgə xaqan
Şəxsi məlumatlar
Doğum tarixi 4 mart 684
Vəfat tarixi 27 fevral 731 (46 yaşında)
Vəfat yeri Ötükən, İkinci Göytürk xaqanlığı
Fəaliyyəti hərbi lider[d]
Atası İltəriş xaqan
Anası İlbilgə xatun
Dini Tenqriçilik
Hərbi xidmət
Mənsubiyyəti İkinci Göytürk xaqanlığı
Döyüşlər
  • Bolçu döyüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın və İlbilgə xatunun oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. Aşina sülaləsi mənsubudur.

Mündəricat

Etimologiyası

Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir.

Həyatı

Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.

İltəris xaqanın zamanında Bilgə və Kültigin baş vəzir Tonyukukun ən yaxın köməkçiləri idilər. Hətta onlar hakimiyyətə gəldikdə də Qapağan xaqanın dövründə nüfuzu düşmüş Tonyukuku yenidən baş vəzir etdilər. Və dövləti idarə etməyə yaxından kömək göstərirdi. Bilgə və Kültigin dövlətin ən ağır işlərini görmüş, Çin ordusunu məğlubiyyətə uğratmaqda böyük rol oynamışdılar.50 minlik Çin ordusunu məğlub etdikdən sonra Çin ordusunun generalı Onqu 16 yaşlı Kültigin əsir almışdı. Bu kimi uğurları və davranışları ilə xalq tərəfindən sevilmişdirlər.

Ölümü

731-ci ildə Kültigin Doğuz oğuzlarla döyüşdə həlak oldu. Bilgə xaqan onun şərəfinə böyük abidə ucaltdı. Buradakı yazıda deyilirdi:

" Kiçik qardaşım Kültigin vəfat etdi. Yasa batdım. Görən gözüm görməz kimi, bilən ağlım bilməz kimi oldu. Qayğı və həyəcan içində qaldım. Zamanı Tanrı yaşar. İnsan oğlu daima ölmək üçün törəmiş...İki şadın və kiçik qardaşoğlumun, oğlumun, bəylərimin, millətimin halı fəna olacaq deyə düşüncəyə daldım... "

Bu abidə, Baykal gölünün cənubunda yerləşən Koşo Çaydam gölü yaxınlığındadır. Mərmər üstündə Göytürk yazısı ilə "Kültigin qoyun ilində 17-ci gündə uçdu" deyə yazılıb.

Qardaşı Bilgə xaqan türk xalqının düşmənləri tərəfindən 734-cü ildə zəhərlənərək öldürüldü. Bilgə xaqanın və Kültiginin etdikləri Orxon abidələrində yazılıb.

Kültigin Abidəsi

Kültigin abidəsi, Kül Tigin'in böyük qardaşı və Göktürklerin xaqanı Bilgə Xağan tərəfindən, 732-ci ildə, qardaşı adına, qardaşının xidmətlərindən ötəri ona duyduğu minnəti göstərmək məqsədiylə, tikilmişdir. Bu kitabədə Bilgə xağan danışır.

Həmçinin bax

  • Orxon abidələri
  • Şərqi Göytürk xaqanlığı
  • Bilgə xaqan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kül Tigin haqqında məlumat. Kül Tigin nədir? Kül Tigin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fal

  • Fevral 27, 2026

    Xalxal

  • Fevral 27, 2026

    Betmen (komiks)

  • Fevral 27, 2026

    Çaykənd əməliyyatı

  • Fevral 27, 2026

    Faaite

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst