Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsayev Mirbağır (13 mart 1974, Bakı) – Azərbaycanlı futbolçu. Azərbaycan millisində çıxış etmiş futbolçu, məşqçi, mərkəz yarımmüdafiyəçisidir.

Mirbağır İsayev

  • Ana Səhifə
  • Vikipediya
  • Mirbağır İsayev

İsayev Mirbağır (13 mart 1974, Bakı) – Azərbaycanlı futbolçu. Azərbaycan millisində çıxış etmiş futbolçu, məşqçi, mərkəz yarımmüdafiyəçisidir.

Mirbağır İsayev
Ümumi məlumatlar
Doğum tarixi 13 mart 1974(1974-03-13) (51 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1993–1995 Neftçi
1996–2000 Qarabağ
Milli yığma
1994–1999 Azərbaycan 10 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Bioqrafiya

13 mart 1974-cü ildə Bakıda anadan olmuşdur.

Oyunçu karyerası

O, müstəqil Azərbaycan çempionatının ilk mövsümündə "Azneftyağ" (Bakı) klubunda böyüklər səviyyəsində oynamağa başlayıb. Bir mövsüm sonra üç il çalışdığı "Neftçi"yə keçdi və 1994/95 mövsümündə çempionatın bürünc mükafatçısı və Azərbaycan kubokunun qalibi oldu . 1995–1996-cı illərdə OİK klubunda çıxış edib . 1996-cı ildə "Qarabağ"a keçib, üç mövsümü bu klubda keçirib və 1996/97 mövsümündə çempionatın gümüş mükafatçısı olub. Karyerasının sonunda ANS "Pivani", "Şəmkir" və yenidən "Qarabağ"da oynasa da, heç yerdə möhkəmlənə bilməyib və karyerasını 27 yaşında bitirib. "Şəmkir"lə 2000/01 mövsümündə Azərbaycan çempionu olub, ancaq cəmi 4 oyun keçirib.

Ümumilikdə Azərbaycan Premyer Liqasında 151 oyun keçirib və 17 qola imza atıb.

O, Azərbaycan millisinin heyətində 1994-cü il aprelin 19-da Malta ilə yoldaşlıq oyununda (0:5) tam 90 dəqiqəoynayaraq debüt edib . Milli komandada növbəti oyunlarını cəmi üç ildən sonra keçirdi. O, millidə ilk qolunu 5 iyun 1999-cu ildə Lixtenşteynə qarşı (4:0) vurub. Ümumilikdə 1994–1999-cu illərdə 10 oyun keçirib və bir qol vurub.

Daha sonra minifutbol da oynayıb. 2002-ci ildən Gömrükçü və Azərbaycan milli komandasında oynayıb.

Məşqçilik karyerası

2000-ci və 2010-cu illərin qovşağında o, birinci liqa təmsilçisi Abşeron klubunu çalışdırıb və turnirdə qələbəyə gətirib çıxarıb. 2011-ci ilin ikinci yarısında o, "Kəpəz"ə rəhbərlik edib, lakin bir neçə həftəlik işdən sonra klub rəhbərliyinin məşqçi işinə müdaxiləsi səbəbindən klubu tərk edib. 2013-cü ildə Azərbaycan gənclər (17 yaşadək) yığma komandasına baş məşqçi təyin olunub, 2015-ci ildə komandanın Avropa çempionatındakı uğursuz çıxışından sonra istefa verib, lakin sonradan yenidən onun məşqçisi kimi çalışıb. 2018-ci ildə "Neftçi"nin gənclərdən ibarət komandasına məşqçi təyin olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirbağır İsayev haqqında məlumat. Mirbağır İsayev nədir? Mirbağır İsayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    29 avqust

  • Fevral 27, 2026

    Marağa şəhristanı

  • Fevral 23, 2026

    Bayat tayfası

  • Fevral 27, 2026

    Sarı Aşıq

  • Fevral 27, 2026

    Atlantik

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst