Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı, AXC) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır.
| Cəfər Bünyadzadə | |
|---|---|
| |
| Doğum tarixi | 1890 |
| Doğum yeri | |
| Vəfat tarixi | avqust 1918 (27–28 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | yazıçı, müəllim, publisist, redaktor[d] |
Həyatı
Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə üçün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915).
Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi:
| Bir il bundan əqdəm "Tuti" məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm. |
Əsərləri
- Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910;
- İgid oğul və yaxud vətən məhəbbəti, 1912;
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1913;
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n.], 1914 (ikinci nəşri);
- Kəşkül və yaxud nəğmələr məcmuəsi. Bakı: [s.n. ], 1916 (üçüncü nəşri);
- Dağarcıq (milli nəğmələr). Bakı: [s.n.], 1917;
- Kəşküli-nəğəm. Rusiya inqilabi-kəbiri zamanında təb edilmişdir. Bakı: [s.n.], 1917;
- İgid oğul və yaxud vətən məhəbbəti. Bakı: Zərdabi, 2023.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəfər Bünyadzadə haqqında məlumat. Cəfər Bünyadzadə nədir? Cəfər Bünyadzadə nə deməkdir?
