Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur

Dəvəli (Vedibasar)

  • Ana Səhifə
  • Vikipediya
  • Dəvəli (Vedibasar)


Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur

Kənd
Dəvəli
39°49′49″ şm. e. 44°42′09″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 856 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 7.609 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Dəvəli xəritədə
Dəvəli
Dəvəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır.

Toponimi

Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.

Əhalisi

1828-ci ilədək burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqayiləsinə əsasən 1828-ci illərdə İranın Maku və Salmas mahallarının Aslanik, Dirişik və Zevaqyuğ kəndlərindən köçürülən ermənilər Dəvəlidə yerləşdirilmişdir. 1831-ci ilin kameral təsvirində Vedibasar mahalında 574 müsəlman, cəmi 2 yerli və işğaldan sonra İrandan köçürülmüş 200 erməni ailəsi qeydə alınmışdır. Amma 574 ailə müsəlmanların sayını real əks etdirmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, əhalinin xeyli hissəsi hərbi əməliyyatlar gedən ərazilərdən uzaqlaşmış və yalnız 1834-cü ildən sonra geri qayıtmağa başlamışdılar. 2 yerli erməni ailəsi Böyük Vedi kəndində qeydə alınmışdır, İrandan köçürülən erməni ailələrindən 1 ailə Xorvirab, 101 ailə Dəvəli, 98 ailə isə Böyük Vedi kəndində məskunlaşdırılmışdı. Kənddə 1831-ci ildə 2 tatar ailəsi 11 kişi, 17 qadın 28 nəfər azərbaycanlı, 633 erməni, İrandan köçürülmüş 101 erməni ailəsi, 1873-cü ildə 207 nəfər azərbaycanlı, 1760 erməni, 1886-cı ildə 263 nəfər azərbaycanlı, 1975 erməni, 1897-ci ildə 686 nəfər azərbaycanlı, 2650 erməni yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuşdur. 1922-ci ildə kənddə ermənilərlə yanaşı 3 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə Azərbaycanlı əhalisi qovulmuşdur. Sonralar azərbaycanlılar kənddən çıxarılmış və kənddə yalnız ermənilər qalmışdır. İndi burada təkcə ermənilər yaşayır.

  • Dəvəli 1856 ci il
    Dəvəli 1856 ci il
  • İrəvan qəzası, Dəvəli
    İrəvan qəzası, Dəvəli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəvəli (Vedibasar) haqqında məlumat. Dəvəli (Vedibasar) nədir? Dəvəli (Vedibasar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Niyam Salami

  • Fevral 27, 2026

    Baku Cup

  • Fevral 27, 2026

    Baffin dənizi

  • Fevral 27, 2026

    Əminə Ərdoğan

  • Fevral 27, 2026

    Mağara çimərliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst