Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ucal Haqverdiyev, pravoslavlığı qəbul etdikdən sonra Pyotr Haqverdiyev (9 iyun 1960, Bakı – 18 dekabr 2004, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İt

Ucal Haqverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ucal Haqverdiyev

Ucal Haqverdiyev, pravoslavlığı qəbul etdikdən sonra Pyotr Haqverdiyev (9 iyun 1960, Bakı – 18 dekabr 2004, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).

Ucal Haqverdiyev
Ucal Həsən oğlu Haqverdiyev
Doğum tarixi 9 iyun 1960(1960-06-09)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 dekabr 2004(2004-12-18) (44 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Yelena Haqverdiyeva
Atası Həsən Haqverdiyev
Fəaliyyəti rəssam
Üzvlüyü
  • Azərbaycan Rəssamlar İttifaqı
Mükafatları "Humay" mükafatı — 2000

Mündəricat

Həyatı

Ucal Haqverdiyevin avtoportreti Azərbaycan poçt markasında
Ucal Haqverdiyevə həsr edilmiş Azərbaycan poçt markası

Ucal Haqverdiyev 9 iyun 1960-cı ildə Bakı şəhərində rəssam Həsən Haqverdiyev və həkim Vera Kalininanın ailəsində doğulmuşdur. O, 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuşdur. 1979-cu ildə Tallində İncəsənət İnstitutuna qəbul olunsa da, təhsilini Azərbaycan Pedoqoji İnstitutunda davam etdirmişdir. 1985-ci ildə Rəssamlar İttifaqının nəzdində gənc rəssamlar birliyinə daxil olur və 1987-ci ildən Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlayır. Həmin il pravoslav xristian olur, xaç suyuna salınaraq "Pyotr" adını alır. 1988–1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, Akademiyanın hesabat sərgilərində iştirak etmişdir.

1990-cı ildə Azərbaycanın gənc rəssamlarının Fransada keçirilən sərgisində iştirak etmiş, bundan əlavə rəssamın Tunisdə (Tunis – 1991), Almaniyada (Köln – 1992), Avstriyada (Vyana – 1993) fərdi sərgiləri olmuş, 1995-ci ildə İstanbulda keçirilən "Azərbaycan və Türk rəssamlarının birgə sərgisi"ndə iştirak etmişdir. Rəssam həmçinin Avstriya, Almaniya və Bakı şəhərində keçirilən simpoziumların iştirakçısı olmuşdur. Ucal Haqverdiyevin əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə nümayiş olunmuşdur.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. 1998–1999-cu illərdə bir qrup rəssamlarla ekologiya üzrə "Land ART" layihəsində iştirak etmiş, 2000-ci ildə "Labirint" qrupu tərkibində "Humay" mükafatına layiq görülmüşdür. 2000–2004-cü illərdə könüllü olaraq Mixail Arxangel kilsəsinin bədii tərtibatı ilə məşğul olmuşdur.

Rəssam 2004-cü il dekabrın 18-də vəfat etmişdir.

Ailəsi

  • Həsən Haqverdiyevin oğludur
  • Əli Haqverdiyev, Hüseyn Haqverdiyev və Zemfira Qafarovanın qardaşıdır
  • Yelena Haqverdiyevanın həyat yoldaşıdır

Qalereya

  • Dərviş
    Dərviş
  • Gəzinti
    Gəzinti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ucal Haqverdiyev haqqında məlumat. Ucal Haqverdiyev nədir? Ucal Haqverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ələvi

  • Fevral 24, 2026

    Damar sistemi

  • Fevral 27, 2026

    Üçatılan (roman)

  • Fevral 27, 2026

    Akita

  • Fevral 26, 2026

    Hidroqrafiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst