Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Subaba türbəsi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən türbə və tarix-memarlıq abidəsi. Türbə XVI əsrdə tikilib.

Subaba türbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Subaba türbəsi

Subaba türbəsi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən türbə və tarix-memarlıq abidəsi. Türbə XVI əsrdə tikilib.

Subaba türbəsi
Ölkə  Azərbaycan
Yerləşir Alpan, Quba
Tikilmə tarixi XVI əsr
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4625
KateqoriyaTürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
41°22′44″ şm. e. 48°25′27″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Mündəricat

Haqqında

Erkən tarixi

Subaba türbəsi Quba rayonunun Alpan kəndində yerləşir. XVI əsrdə tikilən bu türbə Səfəvilər dövründə Şah İsmayıl Xətainin qoşununun, Dərbənd yürüşü zamanı bu kənddən keçərkən vəfat etmiş sərkərdələrdən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib. Türbənin adı zaman keçdikcə Sufibaba, Sufbaba, Subbaba kimi dəyişərək Subaba adını alıb.

Azərbaycan mifoloq-türkoloqu Mirəli Seyidov isə Subaba türbəsini Sucəddim ayini ilə, suya inam ilə əlaqələndirir. "Sucəddim" ( "cəddim" "baba" mənasındadır) və "Subaba" sözləri arasındakı əlaqə də suya inamı göstərir. Həmçinin, türk xalqlarında müqəddəslərə baba deyilməsinə rast gəlinir. Subaba türbəsi Susay kəndindən başlayan çaylağın ayağındadır. "Susay" mürəkkəb sözü bir versiyaya görə "su" və "say" (saymaq, hörmət etmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir, "suya hörmət" deməkdir. Seyidova görə, su çaylağının ayağında belə bir abidənin tikilməsi təbiidir.

Müasir dövr

1918-ci ilin mart ayında erməni dəstələri Quba rayonunun Alpan kəndinə də hücum ediblər. Ermənilərdən zəif silahlanmış kənd camaatı müqavimət göstərsə də məğlub olublar. Bundan sonra ermənilər qəbiristanlığındakı baş daşlarını dağıdıb, Subaba türbəsini yandırıblar. Türbənin ətrafındakı qəbirlərin baş daşlarının üzərində güllə və qəlpə izlərinə rast gəlinir.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə türbə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Uzun illər bərpa olunmayan türbə qəzalı vəziyyətdədir. Günbəzi uçub, divarları isə dağılıb.

Qalereya

  • Qəbirdaşı rəsmi
    Qəbirdaşı rəsmi
  • Qəbirdaşı rəsmi
    Qəbirdaşı rəsmi
  • Qəbirdaşı rəsmi
    Qəbirdaşı rəsmi
  • Qəbirdaşı naxışları
    Qəbirdaşı naxışları
  • Qəbirdaşı naxışları
    Qəbirdaşı naxışları
  • Türbə naxışları
    Türbə naxışları
  • Türbədə parça asılan ağaclar
    Türbədə parça asılan ağaclar

Həmçinin bax

  • Ağbil türbələri
  • Pir-Cəlal türbəsi

Ədəbiyyat

  • Seyidov, Mirəli. Azərbaycan xalqının soykökünü düşünərkən (PDF). Bakı: Elm və təhsil. 2018. 3 sentyabr 2024 tarixində (PDF).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Subaba türbəsi haqqında məlumat. Subaba türbəsi nədir? Subaba türbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saqrada Familia

  • Fevral 27, 2026

    Yelizavetpol dairəsi

  • Fevral 27, 2026

    Priştina

  • Fevral 27, 2026

    Qaraciyər xərçəngi

  • Fevral 23, 2026

    Kembric (Massaçusets)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst