Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qustav Robert Kirxhof (alm. Gustav Robert Kirchhoff‎; 12 mart 1824[…], Köniqsberq, Prussiya[…] – 17 oktyabr 1887[…], Berlin, Prussiya[…]) — Almaniya fiziki. O,

Qustav Kirxhof

  • Ana Səhifə
  • Vikipediya
  • Qustav Kirxhof

Qustav Robert Kirxhof (alm. Gustav Robert Kirchhoff‎; 12 mart 1824[…], Köniqsberq, Prussiya[…] – 17 oktyabr 1887[…], Berlin, Prussiya[…]) — Almaniya fiziki. O, Berlin Elmlər Akademiyasının üzvü (1840), London Kral Cəmiyyətinin xarici üzvü (1863), Sankt-Peterburq Elmlər Akademiyasının (1854) və Paris Elmlər Akademiyasının (1864) müxbir üzvü olmuşdur.

Qustav Kirxhof
alm. Gustav Robert Kirchhoff‎
Doğum tarixi 12 mart 1824(1824-03-12)[…]
Doğum yeri
  • Köniqsberq, Prussiya[…]
Vəfat tarixi 17 oktyabr 1887(1887-10-17)[…] (63 yaşında)
Vəfat yeri
  • Berlin, Prussiya[…]
Elm sahələri fizika, mexanika
İş yerləri
  • Vrotslav Universiteti[d] (1850–1854),
  • Heydelberq Universiteti (1855–1875)
Təhsili
  • Köniqsberq Universiteti[d] (1842–1847)
Tanınmış yetirmələri Sofiya Kovalevskaya
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1875),
  • Macarıstan Elmlər Akademiyası,
  • Niderland Kral İncəsənət və Elmlər Akademiyası[d],
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1870),
  • Peterburq Elmlər Akademiyası (1862),
  • Prussiya Elmlər Akademiyası[d],
  • Göttingen Elmlər Akademiyası[d] (1862),
  • ABŞ Milli Elmlər Akademiyası (1883),
  • Turin Elmlər Akademiyası[d] (1884),
  • Dei Linçei Akademiyası (1882–1883),
  • Dei Linçei Akademiyası (1883)
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni — 1877 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1846-cı ildə Köniqsberq universitetini bitirmişdir. Breslau (1850) və Heydelberq (1854) universitetlərinin professoru olmuşdur. Riyaziyyat kafedrasına rəhbərlik etmişdir. 1875-ci ildən Berlin Universitetində fizika kafedrasına rəhbərlik etmişdir. Əsas elmi işləri optika, elektrodinamika və mexanikaya həsr olunmuşdur. O, 1847-ci ildə Kirxhof qanunları kimi tanınan geniş elektrik dövrəsində elektrik cərəyanlarının paylanması qanunlarını təyin etmişdir. Kondansatorun boşaldılması və elektrik induksiyası tədqiq edilmişdir. Mexanika sahəsində mexaniki deformasiyanı, elastik cisimlərin mexaniki tarazlığını və hərəkətini, maye axınını öyrənmişdir. O, 1859-cu ildə Kirxhof şüalanma qanunu kimi tanınan istilik şüalanmasının əsas qanunlarından birini tərtib etmiş, fizikaya mütləq qara cisim anlayışını daxil etmişdir. 1859-cu ildə Robert Bunzen ilə birlikdə spektral analizin əsasını qoymuş, 1860-cı ildə sezium və 1861-ci ildə rubidiumu kəşf etmişdir. O, 1860-cı ildə spektrlərin tərsinə çevrilməsi qaydasını qurmuş və Günəşin spektrində Fraunhofer xətlərinin görünüşünü izah etmiş, onun atmosferinin kimyəvi tərkibini təyin etməyə cəhd göstərmişdir.

Əsərləri

  • Gesammelte Abhandlungen (alman). Leipzig: Johann Ambrosius Barth. 1882.
  • Vorlesungen über Electricität und Magnetismus (alman). Leipzig: Benedictus Gotthelf Teubner. 1891.
  • Vorlesungen über mathematische Physik. 4 vols., B. G. Teubner, Leipzig 1876–1894.
    • Vol. 1: Mechanik. 1. Auflage, B. G. Teubner, Leipzig 1876 (online).
    • Vol. 2: Mathematische Optik. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Kurt Hensel, online).
    • Vol. 3: Electricität und Magnetismus. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Max Planck, online).
    • Vol. 4: Theorie der Wärme. B. G. Teubner, Leipzig 1894, Herausgegeben von Max Planck

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qustav Kirxhof haqqında məlumat. Qustav Kirxhof nədir? Qustav Kirxhof nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Veselin Topalov

  • Fevral 27, 2026

    Birdəliklilər

  • Fevral 27, 2026

    Vyaçeslav Molotov

  • Fevral 26, 2026

    6 mart

  • Fevral 27, 2026

    Astara

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst