Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır.

Alosa

  • Ana Səhifə
  • Vikipediya
  • Alosa

Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi.

Alosa
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Dəstə:
Siyənəkkimilər
Yarımdəstə:
Clupeoidei
Fəsilə:
Siyənəklər
Yarımfəsilə:
Alosinae
Cins:
Alosa
Beynəlxalq elmi adı
  • Alosa Link, 1790
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161701
NCBI  34772
EOL  46562368
FW  

Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır.

Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur. Bədəni yanlardan çox basıqdır, qarnında iti kili, quyruq üzgəcinin dibində cüt uzunsov pulcuq, zolaqlı qəlsəmə qapağı və ondan arxada tünd ləkə vardır. Əksər növləri keçici, yarımkeçici, bəzən şirinsuda yaşayan balıqlardır. Şərqi Amerika və Avropanın sahil sularında yayılmışdır. 2–5 yaşında cinsi yetkinliyə çatır. 6–11 il yaşayır. 70-dən 700 minədək kürü tökür. Rusiya dənizlərində 5 növü – Avropa alozası, Xəzər-Qara dəniz şişqarını, Kessler siyənəyi, Qara dəniz-Azov keçici siyənəyi və Amerika siyənəyi məlumdur. Qiymətli ov balıqlarıdır. Keçmişdə Xəzər keçici siyənəyi (qarabel siyənək, Volqa siyənəyi, Həştərxan siyənəyi, zalom və s.) çoxlu sayda idi. Çayların axımı tənzimləndikdən sonra sayı azalmışdır.

Ədəbiyyat

  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
  • Казанччев Е.Н. Рыбы Каспийского моря. M.; Изд: Легкая пищевая промышленность, 1981, 168 с.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alosa haqqında məlumat. Alosa nədir? Alosa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Üçoğlan

  • Fevral 27, 2026

    Yozef Gebbels

  • Fevral 26, 2026

    Yaroslavl

  • Fevral 27, 2026

    Biatlon

  • Fevral 26, 2026

    Konstantinopolun süqutu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst