Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun,

Lokkerbi faciəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Lokkerbi faciəsi

Lokkerbi faciəsi və ya Pan Am Hava yolları reys 123 (ing. Lockerbie bombing or Pan Am Flight 103) - 1988-ci ilin 21 dekabr tarixində, çərşənbə günü , Londonun, Hitrou Hava Limanından Nyu-Yorkun, Con Kennedi adına hava limanına doğru hərəkət edən Pan Am Hava yollarına məxsus Boeing 747-121 tipli təyyarənin səmada partladılması nəticəsində baş vermiş terror aktı. Hadisə nəticəsində təyyarədə olan 243 sərnişin və 16 heyət üzvü həlak olmuşdur. Qəzanın Şotlandiyanın 4 min əhalisi olan Lokkerbi şəhərciyi üzərində baş verməsi, qəsəbədə yaşayan 11 sakinin də ölümünə səbəb olmuşdur.

Lokkerbi faciəsi
Pan Am Hava yolları reys 123
Facidənə sonra təyyarənin qalıqları
Facidənə sonra təyyarənin qalıqları
Ümumi məlumatlar
Tarix
  • 1988, 21 dekabr
Qəza növü Bombalama
Ölkə
  •  Birləşmiş Krallıq
Yer Lokkerbi, Şotlandiya
Koordinatlar 55°06′56″ şm. e. 003°21′31″ q. u.HGYO
Təyyarə
Təyyarə modeli Boeing 747-121
Havayolu şirkəti Pan Am Hava yolları
Qalxma yeri Hitrou Hava Limanı (London)
İstiqamət Con Kennedi adına hava limanı
Uçuş nömrəsi 123
Qeydiyyat nömrəsi N739PA
Sərnişin sayı 243
Ekipaj 16
Ölü sayı 270 (11 nəfər Lokerbi sakini)
Sağ qalan sayı 0
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şotland polisi və Federal Təhqiqat Bürosu əməkdaşları tərəfindən üç il ərzində müştərək aparılan araşdırmalardan sonra 1991-ci ilin noyabr ayında hadisəni törətməkdə şübhəli bilinən iki Liviya vətəndaşı haqqında həbs qərarı çıxarılmışdır. Birləşmiş Millətlər Təşkilatının sanksiya və təziqlərindən sonra dönəmin Liviya lideri Muəmmər Qəddafi özünə yaxınlığını ilə tanınan, terror aktını törətməkdə şübhəli bilinən iki adamının mühakimə olunması üçün 1999-cu ildə Hollandiyaya ekstradisiya olunmasına razılıq vermişdir.

2001-ci ildə Liviya xüsusi xidmət orqanlarının əməkdaşı Əbdülbaset əl-Məgrahi Lokkerbi faciəsindəki roluna görə həbs edildi. 2009-cu ildə prostat xərçəngi diaqnozu qoyulan Əbdülbaset xəstəliyi səbəbindən azad edildi və məhkəmənin qərarı ilə yeganə təqsirli bilinən şəxs kimi 2012-ci ilin may ayında vəfat etdi.

Qəddafi 2003-cü ildə verdiyi açıqlamasında Lokkerbi faciəsinə görə məsuliyyəti ölkəsinin daşıdığını bildirmiş və faciə qurbanlarının yaxınlarına təzminat ödəmişdir. Qəddafi açıqlamasında təyyarənin partladılması kimi bir göstərişin ondan xəbərsiz alındığını və özünün belə bir göstəriş vermədiyini bildirmişdir.

2011-ci ildə baş verən Liviya vətəndaş müharibəsi zamanı Qəddafi hökumətində çalışmış keçmiş məmur açıqlamasında Pan Am Hava yolları reys 123-ün Muəmmər Qəddafinin nəzarəti və göstərişləri altında partladılığını bildirmişdir. Hətta bu gün belə təyyarənin kim tərəfindən, hansı məqsədlə partladılması ilə bağlı müxtəlif fikirlər mövcuddur və hələ də dəqiq aşkar olunmamışdır.

1992-ci ilin 22 dekabr tarixində Liviya Hava yollarına məxsus Boeing 727-200 tipli təyyarənin Benqazi-Tripoli daxili xətt reysin icra edərkən havada MiQ-23 qırıcısı ilə toqquşması ilə nəticələnən qəza da Lokkerbi faciəsi ilə əlaqələndirilir. Həmin hadisə nəticəsində 147 nəfər sərnişin və 10 heyət üzvü olmaqla, ümumilikdə 157 nəfər həlak olmuşdur. Hadisədən 20 il sonra ortaya çıxan iddialara görə Liviya Hava yolları reys 1103 beynəlxalq ictimaiyyətin ölkə üzərində olan təziqinin azaldılması üçün qəsdən partladılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lokkerbi faciəsi haqqında məlumat. Lokkerbi faciəsi nədir? Lokkerbi faciəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Akvink

  • Fevral 27, 2026

    Norman

  • Fevral 27, 2026

    Hidrotermal yataqlar

  • Fevral 27, 2026

    Açarya Bxaskara

  • Fevral 27, 2026

    Sergey Eyzenşteyn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst