Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi.

Madaqaskar planı

  • Ana Səhifə
  • Vikipediya
  • Madaqaskar planı

Madaqaskar planı — Üçüncü Reyx tərəfindən təklif edilən köçürmə planı. Plana əsasən Avropada yaşayan yəhudi toplumu Madaqaskar adasına yerləşdirilməli idi.

Arxa plan

Avropalı yəhudilərin Madaqaskar adasına köçürülməsi ilə bağlı fikirlər daha əvvəlcədən də mövcud olmuşdur. Fikir ilk dəfə 1885-ci ildə antisemitist düşüncələri ilə bilinən Paul de Laqarde tərəfindən təklif edilmişdir. 1920-ci ildə dönəmin aktiv siyasi və ictiami xadimlərindən olan Henri Hamilton, Arnold Le və digərləri Madaqaskar planı planını yenidən gündəmə gətirmişdir. Madaqaskar planından öncə XX əsrin əvvəllərində Avropada yaşayan yəhudi toplumuna Uqanda planı adlı layihə təklif edilir. Plana əsasən yəhudi əhalisi indiki Keniya ərazilərində yerləşən Mau platasına köçürülməli idi. Təklif Bazel şəhərində keçirilən VI Sionist yığıncağında müzakirə edildi və müzakirələr şiddətli fikir ayrılığına səbəb oldu. Madaqaskar dünya yəhudilərinin toplana biləcəyi və monoetnik dövlət quracağı ən potensiallı yer sayılırdı.

Müharibə ərəfəsində bu ideyanı yenidən gündəmə gətirən nasist liderlər Adolf Hitlerin də razılığını ala bilmişdi. Henrix Himmler isə 1940-cı ildəki çıxışında -Ümid edirəm, yəhudilərin aqibəti ilə bağlı məsələ böyük bir köçlə onları Afrika və ya başqa bir koloniyaya yollamaqla öz həllini tapacaqdır, — söyləmişdi. Yəhudilərin sığınması üçün salınan müvəqqəti yaşayış mərkəzləri — gettolar hazırlanmağa başladıqda Madaqaskar planı hələ də gündəlikdə idi. İkinci dünya müharibəsinin əvvəlində Varşava gettosundakı yəhudilərin super getto adlandırılan Madaqaskara köçürülməsi də düşünülürdü. Lakin uğursuz Dünkerk əməliyyatı və İldırımsürətli müharibə planının boşa çıxması ilə yanaşı, 1942-ci ildə adanın ingilis-fransız orduları tərəfindən tutulması Madaqaskar planının üstündən xətt çəkmiş oldu.

Həmçinin bax

  • Abayudaya, 1920-ci ildə İudaizmi qəbul etmiş bir Uqanda etnik qrupudur.
  • Uqanda planı Avropalı yəhudilərin indiki Keniya ərazisində yerləşən Mau platasına köçürüləmsini nəzərdə tuturdu.
  • SSRİ dönəmində yaradılan Yəhudi muxtar vilayəti, Rusiya Federasiyası dönəmində də saxlanılmışdır.
  • Yaponlar Fuqu planı ilə yəhudiləri özlərinin yaratdıqları kukla dövlət Mançjou-qoya yerləşdirməyə çalışırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Madaqaskar planı haqqında məlumat. Madaqaskar planı nədir? Madaqaskar planı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kristen Stüart

  • Fevral 27, 2026

    Azqabarıqlılar

  • Fevral 27, 2026

    Sandro Bottiçelli

  • Fevral 27, 2026

    Əfrasiyab

  • Fevral 27, 2026

    Attika (periferiya)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst