Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henrix Himmler (alm. Heinrich Luitpold Himmler‎; 7 oktyabr 1900[…], Münxen, Bavariya Krallığı – 23 may 1945[…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən

Henrix Himmler

  • Ana Səhifə
  • Vikipediya
  • Henrix Himmler

Henrix Himmler (alm. Heinrich Luitpold Himmler‎; 7 oktyabr 1900[…], Münxen, Bavariya Krallığı – 23 may 1945[…]) — III Reyxin əsas hərbi və siyasi xadimlərindən biri, SS reyxsfüreri. Çoxsaylı hərbi cinayətlərdə və soyqırımda təqsirli bilinib.

Henrix Himmler
alm. Heinrich Himmler‎
Şəxsi məlumatlar
Ləqəbi Heinrich Hitzinger, Genrich Gimmler
Doğum adı Heinrich Luitpold Himmler Yaker
Doğum tarixi 7 oktyabr 1900(1900-10-07)[…]
Doğum yeri
  • Münxen, Bavariya Krallığı
Vəfat tarixi 23 may 1945(1945-05-23)[…] (44 yaşında)
Vəfat səbəbi sianiddən zəhərlənmə[d]
Vətəndaşlığı
  •  Üçüncü Reyx
Uşağı 3 (Gudrun Burwitz daxil olmaqla)
Təhsili
  • Münhen Texniki Universiteti (1919–1922)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Qoşun növü Almaniya İmperiyası ordusu
Xidmət illəri 1925–1945
Rütbəsi
  • Reyxfürer-SS
Döyüşlər
  • İkinci Dünya müharibəsi
Təltifləri Knight Grand Cross of the Military Order of Savoy Order of the Crown Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus 1-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni Grand Cross of the Imperial Order of the Red Arrows — 1939 Grand Cross of the Order of the Cross of Liberty — 1942 Order of the Crown of King Zvonimir Rad kniežaťa Pribinu vojnovej SR 1939-45 "İtaliya tacı" ordeninin böyük xaçı Golden Party Badge Blood Order NSDAP Long Service Award Memel medalı Anschluss Medal Honour Cross of the World War 1914/1918 Sudetenland Medal West Wall Medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Himmler 7 oktyabr 1900-cü ildə Münhen şəhərində, müəllim ailəsində anadan olub. Uşaqlıqdan hərbçi olmaq istəyib. Hərbi məktəbi bitirdikdən sonra, "Könüllü korpusun" bölmələrindən birinə daxil olub. Münhen Texniki İnstitutunun Kənd təsərrüfatı fakültəsində təhsil alıb. 1923-cü il Pivə qiyamında iştirak edib. 1925-ci ildə Alman Nasional Sosialist Fəhlə Partiyasına qəbul edilir və partiyanın rəhbərlərindən olan Qreqor Ştrasserin şəxsi katibi olur. Bir müddət sonra Bavariya federal əyalətində NSDAP-nin qaulayteri təyin edilir. 1928-ci ildə Prussiya zadəganlarından olan Marqaret fon Bodenlə evlənir. 6 yanvar 1929-cu ildə Hitlerin qərarı ilə SS reyxsfüreri vəzifəsinə təyin edilir. 1931-ci ildə Himmler öz şəxsi gizli təşkilatı olan SD-nin yaradılması ilə məşğul olur və bu təşkilatın rəhbəri vəzifəsinə Reynhard Heydrixi təyin edir. 1933-cü ildə Himmler Münhen polisinin rəhbəri vəzifəsinə təyin edilir. Hitlerin göstərişi ilə o, 1933-cü ildə Dahauda konslager yaradır. 20 aprel 1934-cü ildə Herman Görinq Himmleri Prussiya Gestaposunun rəhbəri vəzifəsinə təyin edir. 17 iyun 1936-cı ildə Hitlerin əmri ilə Almaniyanın həm hərbi, həm də mülki polis xidmətləri Himmlerin tabeçiliyi altına keçir. Himmlerin rəhbərliyi altında SS qoşunu da yaradılır. 1943-cü ildə İmperiya Daxili İşlər naziri vəzifəsinə keçir, uğursuz 1944-cü il iyul sui-qəsdindən sonra isə ehtiyat ordunun komandanı təyin edilir. 1943-cü ilin yay aylarından başlayaraq öz etibarlı şəxsləri vasitəsilə qərb xüsusi xidmət orqanları ilə separatçı sülh bağlamaq məqsədilə əməkdaşlıq etməyə başlayır. Üçüncü reyxin dağılmasına yaxın bundan xəbər tutan Hitler Himmleri bütün tutduğu vəzifələrdən azad edir və xəyanətkar kimi onu NSDAP-dən xaric edir.

Himmler 21 may 1945-ci ildə Danimarka sərhədini keçməyə çalışarkən Britaniya hərbi qüvvələri tərəfindən yaxalanmışdır. 23 may 1945-ci ildə o zəhər qəbul edərək öz həyatına son qoymuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henrix Himmler haqqında məlumat. Henrix Himmler nədir? Henrix Himmler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İngiliscə

  • Fevral 27, 2026

    Davud əz-Zahiri

  • Fevral 25, 2026

    Britannika Ensiklopediyası

  • Fevral 27, 2026

    Dirək

  • Fevral 27, 2026

    Orxan Zeynallı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst