Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbdüləziz ibn Əhməd ibn Nəsr əl-Halvani əl-Buxari (ərəb. الحلواني‎; Buxara – 1056, 1057, 1060 və ya 1064, Buxara) — Hənəfi məzhəbinin fəqihi, Buxara alimlərinin

Halvani

  • Ana Səhifə
  • Vikipediya
  • Halvani

Əbdüləziz ibn Əhməd ibn Nəsr əl-Halvani əl-Buxari (ərəb. الحلواني‎; Buxara – 1056, 1057, 1060 və ya 1064, Buxara) — Hənəfi məzhəbinin fəqihi, Buxara alimlərinin imamı.

Halvani
ərəb. الحلواني‎
Doğum yeri
  • Buxara, Özbəkistan
Vəfat tarixi 1056(1056), 1057(1057), 1060(1060) və ya 1064(1064)
Vəfat yeri
  • Buxara, Özbəkistan
Dəfn yeri
  • Buxara
Elm sahəsi fiqh
Tanınmış yetirməsi Səraxsi

Bioqrafiyası

Atası halva bişirdiyi üçün "Halvani" (bəzi mənbələrdə "Halvai") nisbəsi ilə məşhurlaşmışdır. Ləqəbləri "Şəmsəddin" və "Şəmsül-Əimmə"dir. Halvani, fiqh elmini Əbu Əli ən-Nəsəfidən, hədis elmini Məhəmməd ibn Salehdən öyrənmişdir. Bundan başqa müxtəlif alimlərlə də görüşüb, onlarla söhbətlər etmişdir. Ondan da Səraxsi, Əbül-Fəzl Zərnicəri və başqa şəxslər elm öyrəniblər. Mənbələrə görə, Buxarada, dövrünün alimlərinin imamı, ən yüksəyi olub. Ömürünün sonuna doğru Keş şəhərinə gedib və orada vəfat edib. Sonradan Buxaraya nəql edildiyi də söylənmişdir. Halvaninin fiqhdən başqa hədis və digər elmlərdə də mahir olduğu deyilib. Halvaninin vəfat yeri və tarixi ilə bağlı müxtəlif versiyalar vardır:

  • Tələbəsi Əbdüləziz ibn Məhəmməd Nəhşəbiyə görə o 452-ci ildə Şaban ayında (sentyabr 1060-cı il) Keşdə vəfat etmişdir.
  • Səmaniyə görə Halvani 448-ci (1056) və ya 449-cu ildə (1057) Keşdə vəfat etmiş, nəşi Buxaraya aparılaraq Kəlabaz məhəlləsində dəfn edilmişdir.
  • Zəhəbiyə görə isə 456-cı ilin Şaban ayında (avqust 1064) Buxarada vəfat etmişdir.

Əsərləri

  • əl-Məbsut. Fiqhə dair olan bu əsərin Süleymaniyə Kitabxanasında bir nüsxəsi saxlanılır. (Ayasofiya, № 1381).
  • Məclis min məcalisi Şəmsil-əimmə əl-Halvani fi sifəti əşrətis-səə və məkəmətil-qiyamə. Bu kitabın iki nüsxəsi məlumdur.

Katib Çələbi, Halvaninin "Fətəva" adlı bir əsərinin də olduğu yazmışdır. Katib Çələbi Halvaninin aşağıdakı əsərlərindən də bəhs edir:

  • Şərhu Ədəbil-qadi li-Əbi Yusif,
  • Şərhul-Camiil-kəbir,
  • Şərhul-Hiyəl lil-Xəssaf,
  • Şərhus-Siyəril-kəbir,
  • əş-Şürut,
  • əl-Fəvaid,
  • Kitabül-Kəsb,
  • Kitabün-Nəfəqat,
  • əl-Vaqiat.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Halvani haqqında məlumat. Halvani nədir? Halvani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Uman

  • Fevral 27, 2026

    Səmin Bağçaban

  • Fevral 23, 2026

    Təzyiq

  • Fevral 27, 2026

    Yasamal rayonu

  • Fevral 27, 2026

    Alkoqol

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst