Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anatoli Petroviç Novoseltsev (26 iyul 1933, İrkutsk, SSRİ – 12 sentyabr 1995, Moskva) Görkəmli Sovet şərqşünası. Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. Qa

Anatoli Novoseltsev

  • Ana Səhifə
  • Vikipediya
  • Anatoli Novoseltsev

Anatoli Petroviç Novoseltsev (26 iyul 1933, İrkutsk, SSRİ – 12 sentyabr 1995, Moskva) Görkəmli Sovet şərqşünası. Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. Qafqaz, Zaqafqaziya, İran, Qədim Rusiya ölkələrinin orta əsrlər tarixi üzrə mütəxəssisdir.

Anatoli Novoseltsev
Anatoli Petroviç Novoseltsev
Doğum tarixi 26 iyul 1933
Doğum yeri İrkutsk, SSRİ
Vəfat tarixi 12 sentyabr 1995 (62 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri
  • Xovan qəbiristanlığı
Elm sahələri tarix, şərqşünaslıq
Elmi dərəcəsi
  • tarix elmləri doktoru
Elmi adları
  • professor[d],
  • Rusiya Elmlər Akademiyasının müxbir üzvü[d]
İş yerləri
  • Moskva Dövlət Universiteti
Təhsili
  • Moskva Dövlət Universiteti,
  • Moskva Dövlət Universitetinin Tarix fakültəsi[d]
Elmi rəhbərləri Mixail Dyakonov
Üzvlüyü
  • SSRİ Elmlər Akademiyası

Mündəricat

Bioqrafiyası

Anatoli Novoseltsev 1933-cü ildə fəhlə ailəsində dünyaya gəlmişdir. Orenburq vilayətinin Medenqorsk şəhərində orta məktəbi bitirmiş, 1950-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin şərqşünaslıq şöbəsinə daxil olur. 1955-ci ildə universiteti əla qiymətlərlə bitirərək, SSRI EA-nın Tarix İnstitutunun aspiranturasının feodalizm bölməsinə daxil olur. Elmi rəhbəri L. V. Çerepninin təqdimatı əsasında 1958-ci il də Tarix İnstituna işə qəbul eilir. İnstitutda 1958–1968-ci illərdə kiçik elmi işçi, 1968–1984-cü illərdə böyük elmi işçi kimi çalışmışdır. 1959-cu ildə Cənubi Qafqaz tarixinə dair "XVII-XVIII əsrlərdə Azərbaycan və Şərqi Ermənistan şəhərləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildə "Zaqafqaziya ölkələrində feodalizm qurluşunun inkişaf yolları və xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildən institutun professoru, 1984-cü ildən SSRİ EA-nın müxbir üzvü seçilmiş, 1984–1988-ci illərdə Tarix Institunun SSRİ ərazisində qədim tarixi dövlətlər şöbəsinə rəhbərlik etmişdir. !985–1995-ci illərdə illik "SSRİ ərazisində qədim tarixi dövlətlər" (1994-cü ildən – "Şərqi Avropanın qədim dövlətləri") müəciməsinin məsul redaktoru; eyni zamanda da "SSRİ xalqlarına aid qədim mənbələr" (1993-cü ildən – "Şərqi Avropa tarixinə aid qədim mənbələr") külliyyatının məsul redaktor müavini olmuşdur. 1985–1988-ci illərdə Rusiya – Fələstin cəmiyyətinin sədri olmuş, ömrünün son illərinə qədər Rusiya Tarixinin Elmi Mərkəzinə rəhbərlik etmişdir.

Tədqiqat fəaliyyəti

Dyakonov İ. M, Reysner İ. M-in tələbəsi, Rusiya şərqşünaslığının gözəl ənənələrinin davamçısı olmuşdur. Alim unikal linqvistik erudisiya fenomeninə malik olmuş, 20 artıq: fars, gürcü, ərəb, qədim yəhudi, erməni, Suriya, yunan, latın və s. dillərə mükəmməl yiyələnmişdir. Onun ilk tədqiqatlarının maraq dairəsi əsasən Zaqafqaziyanın tarixi olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anatoli Novoseltsev haqqında məlumat. Anatoli Novoseltsev nədir? Anatoli Novoseltsev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Jan Şarden

  • Fevral 26, 2026

    Çay yatağı

  • Fevral 27, 2026

    Şıxmahmud

  • Fevral 28, 2026

    Qrampian dağları

  • Fevral 25, 2026

    Nadir şah

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst