Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Tarixi-Qarabağ" (fars. تاریخ قره باغ‎) — Mirzə Camal Cavanşir tərəfindən Qarabağ bölgəsinin tarixi haqqında yazılmış kitab. Kitabın 1847-ci ildən sonra yazıldı

Tarixi-Qarabağ

  • Ana Səhifə
  • Vikipediya
  • Tarixi-Qarabağ

"Tarixi-Qarabağ" (fars. تاریخ قره باغ‎) — Mirzə Camal Cavanşir tərəfindən Qarabağ bölgəsinin tarixi haqqında yazılmış kitab. Kitabın 1847-ci ildən sonra yazıldığı güman edilir. O zaman Qafqazdakı bütün müsəlmanların yazı dili olan fars dilində yazılmış əsər 1844-cu ildən 1854-cü ilə qədər Qafqazın canişini olmuş Mixail Smeyonoviç Vorontsovun əmri ilə tərtib edilmişdir. Kitab ərəblər tərəfindən Qafqaz bölgəsinin ələ keçirildiyi dövrdən, yəni VII əsrdən başlayaraq bölgənin tarixini əhatə edir. Kitabın əhatə etdiyi xronoloji hadisələrin son hissəsi Qafqazda hakim olmaq üçün ruslarla Qacar imperiyası arasında gedən ilk müharibədən (1804-1813) bəhs edir.

Kitabın əsas hissəsi Nadir şahın (1736-1747) hakimiyyəti dövründən etibarən 1806-cı ildə Qarabağ xanı İbrahimxəlil xanın ölümünə qədərki Qarabağ xanlığının tarixinin əks etdirilməsindən ibarətdir. Əsərdə xanlıq daxili məsələlərdən də geniş şəkildə bəhs edilmişdir.

Fars dilində yazılmasına baxmayaraq, Mirzə Camal Cavanşirin bu əsəri Azərbaycan tarixşünaslığının nümunəsi hesab edilir. Əsərin orijinal əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnistitutunda saxlanılmaqdadır.

Əsərin sadələşdirilmiş formada rus dilinə tərcümə edilmiş versiyası Adolf Berje tərəfindən 1855-ci ildə Kavkaz qəzetində dərc edilmişdir. Əsərin rusca və azərbaycanca mükəmməl tərcümə edilmiş versiyaları AMEA tərəfindən 1959-cu ildə nəşr edilmişdir. Əsər 1989-cu ildə Nazim Axundovun rəhbərliyi altında yenidən nəşr edilmişdir. Erməni əsilli tarixçi Corc Burnutyan əsərin ingilis dilinə tərcümə edilmiş versiyasını ilk dəfə 1994-cü ildə, ikinci dəfə isə 2004-cü ildə yayımlamışdır.

Həmçinin bax

  • Qarabağnamələr

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tarixi-Qarabağ haqqında məlumat. Tarixi-Qarabağ nədir? Tarixi-Qarabağ nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Alar Karis

  • Fevral 11, 2026

    Yəhudilər

  • Fevral 23, 2026

    31 avqust

  • Fevral 23, 2026

    Ərəbistan yarımadası

  • Fevral 24, 2026

    Sidney Sonnino

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst