Zevs qartalı (q.yun. ἀετός Διός, lat. aetos Dios) — ali Olimpiya tanrısı Zevsin və onun Roma ekvivalenti Yupiterin əsas atributlarından biri.

Miflər
Bu atributun mənşəyi iki əsas yunan mifinə əsaslanır. Ədalətli padşah Perifantın öz təbəələri tərəfindən Zevs kimi hörmətlə qarşılanmağa başlanmışdır. Buna görə tanrı Zevs qəzəblənmiş və onu öldürmək niyyətində olmuş, lakin Apollonun onu müdafiə etməsindən sonra Zevs Perifantı qartala çevirmiş və quşların kralı elan etmişdir.
Başqa bir versiyaya görə, qartal qədim zamanlarda Geya tərəfindən yaradılmışdır. Titanomaxiyanın əvvəlində Zevs onun qələbəsindən xəbər verən bir qartal görmüş, ona görə də əsasına qızıl qartal yerləşdirmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zevs qartalı haqqında məlumat. Zevs qartalı nədir? Zevs qartalı nə deməkdir?