Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qərbi Sumatra (ind. Sumatera Barat,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsm

Qərbi Sumatra

  • Ana Səhifə
  • Vikipediya
  • Qərbi Sumatra

Qərbi Sumatra (ind. Sumatera Barat,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsmi qiymətləndirmə 5,098,790 nəfər əhalini göstərir. Qərbi Sumatra 12 bölgəyə və yeddi şəhərə bölünür. Yava əyalətindən başqa İndoneziyanın digər əyalətlərinə nisbətən daha çox şəhərə sahibdir. Paytaxtı Padanqdır. Vilayət şimalda Şimali Sumatra (Sumatera Utara), şərqdə Riau və Cambi, cənub-şərqdə Benqkulu əyalətləri ilə həmsərhəddir. Buraya sahildəki Mentavai adaları daxildir. Qərbi Sumatra Minanqkabau xalqının vətənidir, baxmayaraq ki ənənəvi Minanqkabau bölgəsi Qərbi Sumatra əyalətinin indiki inzibati bölgəsindən daha genişdir, Şimali Sumatranın cənub bölgəsini, Riaunun qərb bölgəsini, Cambinin qərb bölgəsini və Benqulunun şimal bölgəsini əhatə edir. Bundan əlavə Minanqkabau xalqı İndoneziyanın digər bölgələrinə, hətta Sinqapur və Malayziya kimi qonşu ölkələrə də yayılmışdır. İndi Minanqkabau xalqının təxminən yarısı ənənəvi bölgəsindən kənarda yaşayır, əksəriyyəti İndoneziya və Malayziyanın böyük şəhərlərində yaşayır. Malayziyadakı bir çox malayziyalı Minanqkabau nəslindəndir, əsasən Neqeri Sembilan və Cohor ştatlarında, eləcə də Malayziyanın digər bölgələrində yaşayırlar.

Əyalət
Qərbi Sumatra
Sumatera Barat
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
1°00′ c. e. 100°30′ ş. u.HGYO
Ölkə  İndoneziya
Ada Sumatra
Paytaxt Padanq
Qubernator İrvan Prayitno
Tarixi və coğrafiyası
Əsası qoyulub 1957-ci il 10 avqust
Sahəsi 42,012.89 km²
Mərkəzin hündürlüyü 3,805 m
Saat qurşağı UTC+7
Əhalisi
Əhalisi 5,321,500 nəfər (2017)
Sıxlığı 130 nəf./km²
Milli tərkibi Minanqkabaular (88%),
bataklar (4%),
 yavalılar,(4%),
mentavailər (1%),
digərləri (3%)
Etnoxronim Qərbi Sumatralı,
Varqa Sumatera Barat,
Uranq Sumatera Barat
Rəsmi dili İndoneziya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (62)75x
Poçt indeksi 25xxx, 27xxx
Nəqliyyat kodu BA
Digər
Hökumətin rəsmi rəsmi_saytıı
Xəritəni göstər/gizlə
Qərbi Sumatra xəritədə
Qərbi Sumatra
Qərbi Sumatra
Qərbi Sumatra xəritədə
Qərbi Sumatra
Qərbi Sumatra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qərbi Sumatra

Xarici linklər

  • Vikisəyahətdə Qərbi Sumatra haqqında səyahət məlumatları var.
  • Government website 2012-01-15 at the Wayback Machine  (indon.)
  • "Statistics Indonesia – 2000 Population Statistics". 28 oktyabr 2005 tarixində . İstifadə tarixi: 26 dekabr 2005.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qərbi Sumatra haqqında məlumat. Qərbi Sumatra nədir? Qərbi Sumatra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Corc Mid

  • Fevral 27, 2026

    Yavan dili

  • Fevral 27, 2026

    Azerspace-1

  • Fevral 23, 2026

    Niderland krallığı

  • Fevral 27, 2026

    Insecta

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst