Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 5 dekabr 1984) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti.

Mamadi Dumbuya

  • Ana Səhifə
  • Vikipediya
  • Mamadi Dumbuya

Mamadi Dumbuya (fr. Mamady Doumbouya; 5 dekabr 1984) — 5 sentyabr 2021-ci ildə baş vermiş dövlət çevrilişindən sonra Qvineya Respublikasının Prezidenti.

Mamadi Dumbuya
fr. Mamady Doumbouya
Qvineya Respublikasının Prezidenti
5 sentyabr 2021 – h.h
ƏvvəlkiAlfa Konde
Şəxsi məlumatlar
Doğum tarixi 4 mart 1980 (45 yaş)
Doğum yeri Kankan regionu, Qvineya
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Uşağı 3
Dini İslam
Rütbəsi
  • ordu generalı
Təltifləri National Order of Merit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Dumbiya Qvineyanın Kankan bölgəsində anadan olub. Mandinka mənşəlidir.

Dumbiya Fransa Milli Jandarma Birliyinin fəal üzvü olan fansız qadınla evlidir. Cütlüyün üç övladı var.

Hərbi fəaliyyəti

Dumbuya Prezident Alfa Konde tərəfindən yaradılan Xüsusi Qüvvələr Qrupuna rəhbərlik etmək üçün Qvineyaya qayıtmazdan öncə kapral rütbəsinə sahib fransız legionerdi. Batalyon komandiri rütbəsi alaraq vəzifəyə başlayanda bir sıra fərqli ölkələrdə keçdiyi təlimlər də daxil olmaqla beynəlxalq təcrübəsinə istinad edildi. Bu vəzifədə Forekariya mərkəzli ölkənin kəşfiyyat xidmətlərində çalışdı. 2019-cu ildə polkovnik-leytenant, 2020-ci ildə isə polkovnik rütbəsinə yüksəldi.2021-ci ildə Xüsusi Qüvvələr Qrupu üçün daha çox səlahiyyət qazandığı bildirildi.

Avropa Birliyinin insan haqlarının pozulması iddialarına görə sanksiya verməklə hədələdiyi 25 qvineyalı məmurdan biri idi.

2021-ci ilin may ayında səbəbi bilinməyən ittihamlarla Konakridə Dumbuyanın həbs oluna biləcəyinə dair hökumətdən qaynaqlanan söz-söhbətlər yayılmışdı.

2021-ci il dövlət çevrilişi

Dumbiya 5 sentyabr 2021-ci ildə Qvineya Prezidenti Alfa Kondenin saxlanıldığı Qvineya çevrilişinin təşəbbüskarı idi. Dumbiya dövlət televiziyasında fraksiya ilə hökuməti və konstitusiyanı ləğv etdiyini elan etdi. O, həmçinin bildirdi ki, "Milli Barışıq və İnkişaf Komitəsi məsuliyyəti öz üzərinə götürməlidir", "ölkəmizdəki pis siyasi vəziyyətdən, məhkəmə sisteminin alətləşdirilməsindən, demokratik prinsiplərə hörmət edilməməsindən, dövlət idarəçiliyinin həddindən artıq siyasiləşməsi"ndən çıxış yolu tapmaq lazımdır. Ordunun hərəkətlərinə haqq qazandıran Dumbiya "xalq elitaları tərəfindən əzilirsə, xalqa azadlıq vermək ordunun səlahiyyətindədir" deyən Qana keçmiş Prezidenti Cerri Rolinqsdən sitat gətirdi.

1 oktyabr 2021-ci ildə Doumbouya müvəqqəti prezident olaraq and içdi.

Prezident fəaliyyəti

18 sentyabr 2021-ci ildə Dumbiya QADİB-in sözçüsü vasitəsi ilə "əsgər olaraq işlərinin Qvineyada olduğunu və hesablarında dondurulacaq bir şey olmadığını" söyləyərək mümkün iqtisadi sanksiyalara əhəmiyyət vermədi. QADİB nümayəndələri xuntadan devrilmiş Prezident Kondenin Qvineyanı tərk etməsinə icazə verməsinə çağırış etdi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mamadi Dumbuya haqqında məlumat. Mamadi Dumbuya nədir? Mamadi Dumbuya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kioto protokolu

  • Fevral 27, 2026

    Nihonium

  • Fevral 27, 2026

    Karl Benz

  • Fevral 26, 2026

    Makroiqtisadiyyat

  • Fevral 27, 2026

    Zonkey

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst