Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Davud İmanov (azərb. Davud Hüseyn oğlu İmanov‎; d. 20 may 1945-ci il, Qazaxıstan, Akmolla rayonu - ö. 2002-ci il, Azərbaycan) — rejissor, aktyor, ssenari müəlli

Davud İmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Davud İmanov

Davud İmanov (azərb. Davud Hüseyn oğlu İmanov‎; d. 20 may 1945-ci il, Qazaxıstan, Akmolla rayonu - ö. 2002-ci il, Azərbaycan) — rejissor, aktyor, ssenari müəllifi, jurnalist.[mənbə göstərilməlidir]

Davud İmanov
Davud Hüseyn oğlu İmanov
Doğum tarixi 20 may 1945
Doğum yeri Qazaxıstan, Akmolla rayonu
Vəfat tarixi 2002 (56–57 yaşında)
Vəfat yeri Azərbaycan
Atası Hüseyn İmanov
Fəaliyyəti Rejissor, aktyor, ssenari müəllifi, jurnalist
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
IMDb ID3451860

Mündəricat

Həyatı

Davud İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin dövrdə İmanovun valideynləri Qazaxıstanda 37-ci ilin repressiya qurbanı olaraq Azərbaycandan köçürülmüş və "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşamışlar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz vətənlərinə qayıtmalarına icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. İmanovlar ailəsi Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşır.

Davud İmanov 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil olub. O, 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.

Davud İmanov teatra çox böyük maraq göstərirdi. O, 1962-ci ildən etibarən Sumqayıt Mədəniyyət Evində göstərilən həvəskar tamaşaların fəal iştirakçılarından biri olur. 1967-ci ildən etibarən isə özü rejissor kimi fəaliyyət göstərir və tamaşalar səhnələşdirməyə başlayır. Bundan əlavə, İmanov, həmçinin qəzetlərdə müxbir kimi də çalışmışdır. "Mozalan" kino-jurnalının isə Davud İmanovun yaradıcılığında xüsusi yeri vardır. Eyni zamanda Davud İmanov 1995-ci ildən 2002-ci ilə qədər "Mir" Teleradio Kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik edib, habelə bir neçə beynəlxalq festivallarda münsiflər heyətində təmsil olunmuşdur.

Davud İmanov 1984-1994-cü illərdə Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında kino-rejissor vəzifəsini icra edib. İmanov həmin vaxtlarda bir çox sənədli və publisistik filmlər ekranlaşdırır. O, ekranlaşdırdığı "Zirzəmi" tammetrajlı bədii filmini Bakıya və bakılılara həsr etmişdir. Həmçinin İmanovu ən çox tanıdan "Sumqayıtın Əks-Sədası" tammetrajlı sənədli filmi olmuşdur. İkihissəli olan bu filmdə Sumqayıt hadisələrindən bəhs olunur.

Davud İmanov 2002-ci ildə 57 yaşında vəfat edib.

Filmoqrafiya

  1. Adsız su (film, 1985)(qısametrajlı sənədli süjet-Mozalan № 98)
  2. Rəşid Behbudov (sənədli film)
  3. Səttar Bəhlulzadə (sənədli film)
  4. "Lüdmila Qurçenko - artistlik sənəti" (sənədli film)
  5. "Sumqayıtın Əks-Sədası" (tammetrajlı sənədli film)
  6. Afroditanın qolları (qısametrajlı bədii film, 1987)
  7. Ağ kətandakı adam (film, 2000)
  8. Bais (film, 1985)
  9. Bir daha keyfiyyət barədə (film, 1987)
  10. Dayan, doldurum (film, 1985)
  11. Dənizçi ürəyi (film, 1986)
  12. Hamı bir nəfər üçün (film, 1984)
  13. Kölgədə 40 dərəcə isti (film, 1988)
  14. Metodoloji seminar (film, 1986)
  15. Nəticə (film, 1986)
  16. Özünü onun yerinə qoy (film, 1983)
  17. Rəşid Behbudov (film, 1985)
  18. Seans (film, 1988)
  19. Səttar Bəhlulzadə (film, 1988)
  20. SOS (film, 1988)
  21. Sumqayıtın əks-sədası (film, 1992)
  22. Üçüncü növbə (film, 1984)
  23. Yarasa (film, 1995)
  24. Yeni tərzdə işləyirik (film, 1988)
  25. Yol ayrıcında (film, 1988)
  26. Yürüşün sonu varmı? (film, 1985)
  27. Zirzəmi (film, 1990)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Davud İmanov haqqında məlumat. Davud İmanov nədir? Davud İmanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Oğuz dilləri

  • Fevral 25, 2026

    Çobanyastığı

  • Fevral 27, 2026

    İlqar İbrahimoğlu

  • Fevral 27, 2026

    Qriqori Rasputin

  • Fevral 27, 2026

    Flora Əhmədova

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst