Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türk ocağı — türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət.

Türk ocağı

  • Ana Səhifə
  • Vikipediya
  • Türk ocağı

Türk ocağı — türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət.

Haqqında

1911-ci ilin martm 12-də İstanbulda təsis olunmuşdur. Cəmiyyət eyni adlı klublar, məktəblər açmağa, kitab və risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk ocağı"-nda çalışmışlar.

Bakıda da eyni adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1918-ci ilin sentyabrın 24-də Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə Bakı şəhər komendatına müraciətlə, "Osmanlı türkləri ilə Azəri türklərini bir-birinə yaxından tanıtmaq üçün" bir "Türk ocağı" cəmiyyəti açmağa icazə verilməsini xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir müraciət ərizəsinin üzərində belə bir kənar qoymuşdu: "Türk ocağı"nın proqramı dairəsində açılmasına məhdudiyyət yoxdur". Oktyabrın 7-də cəmiyyətin açılmasına icazə verilməsi barədə Bakı vitse qubernatorunun imzası və qubernatorluğun möhürü ilə təsdiqlənmiş 731 saylı vəsiqə verilmişdi. Abdulla Şaiq onun surətində vəsiqəni aldığını və proqramın iki nüsxəsini təqdim etməyi öhdəsinə götürdüyünü yazmışdı.

"Azərbaycan" qəzetinin 1918-ci il 6 noyabr tarixli 32-ci sayında hökumət tərəfindən "Türk ocağı" cəmiyyətinin yaradılmasına icazə verildiyi bildirilərək, onun məram və məqsədi barədə yazılmışdı: "İndi türklüyü sevən, millətinə kömək etmək istəyən hər bir ziyalı türk, bu ocağın başına yığışmalı, bu ocağı öz səyi və müavinəti ilə işıqlandırmalı, hərarətləndirməlidir ki, bu ocaq da öz işığı ilə millətimizi işıqlandırıb, öz istisi ilə milli vücudumuzu isindirə bilsin". Qəzetdə cəmiyyətin 5 fəsil və 22 maddədən ibarət proqramı da dərc olunmuşdu. Əhməd Cavadın noyabrın 14-də "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində isə "Türk ocağı"-nın fəaliyyətə başladığı və ilk mühazirəni noyabrın 15-də ocağın konfrans salonunda Məhəmməd Əmin Rəsulzadənin oxuyacağı bildirilirdi.

1919-cu ilin dekabrında "Müsavat" partiyası Bakı Komitəsinin təşəbbüsü ilə "Türk ocağı" siyasi klubunun açılması qərara alınmışdı. Bu məqsədlə Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Rza bəy Ağabəyov, Seyid Hüseyn və Məmmədbağır Şeyxzamanlıdan ibarət komissiya yaradılmışdı.

Həmçinin bax

  • Azərbaycan Xalq Cümhuriyyəti
  • Qafqaz İslam Ordusu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türk ocağı haqqında məlumat. Türk ocağı nədir? Türk ocağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qrand Komor

  • Fevral 27, 2026

    Tailand gerbi

  • Fevral 27, 2026

    Kişi

  • Fevral 27, 2026

    Barmaq

  • Fevral 27, 2026

    Akvamasiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst