Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol – may 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əks-inqilab ilə mübarizə

Məmmədbağır Şeyxzamanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədbağır Şeyxzamanlı

Məmmədbağır Şeyxzamanlı (1880, Yelizavetpol – may 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin milli hökuməti tərəfindən təsis edilən "Əks-inqilab ilə mübarizə təşkilatı"nın rəisi.

Məmmədbağır Şeyxzamanlı
Əks-inqilab ilə mübarizə təşkilatının rəisi
11 iyun 1919 – avqust 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıNağı bəy Şeyxzamanlı
Şəxsi məlumatlar
Doğum tarixi 1880(1880)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi may 1920(1920-05) (39–40 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR
Partiya
  • Müsavat (Müsəlman Demokrat Partiyası)
Fəaliyyəti siyasətçi

Həyatı

Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən "Əksinqilab ilə mübarizə təşkilatı"nın (Azərbaycanın ilk Milli Təhlükəsizlik orqanı) rəisi təyin olunmuşdur. M. Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

M. Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M. Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli(Aran) ilə evlənmişdir.

Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Məmmədbağır Şeyxzamanlını Azərbaycanın istiqlal şəhidi adlandırıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmmədbağır Şeyxzamanlı haqqında məlumat. Məmmədbağır Şeyxzamanlı nədir? Məmmədbağır Şeyxzamanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Quşlar

  • Fevral 27, 2026

    Frayburq-im-Braysqau

  • Fevral 28, 2026

    S:Müəllif:Sarı Aşıq

  • Fevral 27, 2026

    Levaşi rayonu

  • Fevral 27, 2026

    Karandaş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst