Alimpaşa Adil oğlu Məmmədov — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2014–2021).
| Alimpaşa Məmmədov | |
|---|---|
| |
| 8 oktyabr 2014 – 27 aprel 2021 | |
| Əvvəlki | Nazim Veysov |
| Sonrakı | Rəşad Tağıyev |
Fəaliyyəti
Alimpaşa Məmmədov vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2011–2014-cü illərdə Bakı şəhər Vergilər Departamentinin rəisi kimi fəaliyyət göstərmişdir.
O, 2014–2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Həbsi
29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi tərəfindən yayılan məlumatda bildirilmişdir ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193–1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 2021-ci ilin aprelində 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin iyununda cəzası bir il azaldılıb.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alimpaşa Məmmədov haqqında məlumat. Alimpaşa Məmmədov nədir? Alimpaşa Məmmədov nə deməkdir?
