Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahil

Zəyəm Cırdaxan

  • Ana Səhifə
  • Vikipediya
  • Zəyəm Cırdaxan

Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var.

Zəyəm Cırdaxan
40°53′12″ şm. e. 45°49′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 7.546 nəfər
Xəritəni göstər/gizlə
Zəyəm Cırdaxan xəritədə
Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan

Mündəricat

Tarixi

Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.

Əhalisi

Əhalisi 10300 nəfərdir. Zəyəm Cırdaxan Azərbaycanda 97-ci yaşayış məntəqəsidir.Zəyəm-cırdaxan kəndinin ərazisi 70 km-dir. Şəmkir rayonunda isə rayon mərkəzi olan Şəmkir şəhərindən sonra ən böyük yaşayış məntəqəsidir. Zəyəm Cırdaxanın əhalisinin əsasən kənd təsərrüfatı, heyvandarlıq və ticarət ilə məşğuldur.Əhalinin bir hissəsi öz mal-qarasını dağətəyi zonada otarır, kənddə bir neçə ferma mövcuddur, sahələrdə isə pomidor, kartof, qarğıdalı, taxıl kimi bitkilər becərilir Əhalinin bir hissəsi Rusiyada işləyir. Zəyəm Cırdaxanda 10000-11000 nəfər əhali yaşayır.

Təhsil

Kənddə iki məktəb mövcuddur. Sərdar Məmmədov adına tam orta məktəbin yeni binasi 2011-ci ildə istifadəyə verilmişdir. Həmin məktəb 1936-ci ildən fəaliyyət göstərir, məktəbdə 1200 şagird təhsil alır. 50 sinif otağı və fənn kabinetləri mövcuddur

Su təsərrüfatı

Kənddə suvarma üçün Zəyəmçaydan çəkilmiş kanaldan istifadə olunur. Sahələrin suvarılması məqsədilə artezian quyularından da istifadə olunur. Əhalinin içməli suya ehtiyacını ödəmək üçün Zəyəmçayın suyu təmizlənərək əhalinin istifadəsinə verilir.

Landşaft örtüyü

Kəndin dağətəyi zonası çəmənliklərdən ibarətdir. Meşə zonası dəmirağac, görüş, palıd, çinar kimi ağaclardan və alçaqboylu kolluqlardan ibarətdir. Meşə zonasında yaşı 300 ilə çatan iki çinar ağacı mövcuddur.

Yerləşdiyi mövqe

Zəyəm Cırdaxan çox əlverişli mövqedə - Zəyəmçayının sol sahilində, meşə kənarında, Şəmkir rayonunun orta dağlıq və dağətəyi bölgəsində yerləşmişdir. Ərazidəki tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişli torpaqdır. Dağlıq ərazidə bir neçə bulaq mövcuddur. Ən yüksək yeri Kiçik Qafqaz dağlarının şimal şərq yamacına düşür. Maksimal hündürlük 890 metr təşkil edir. Ən alçaq yeri Gəncə-Qazax düzənliyinin cənub tərəfləridir 410 metr təşkil edir.

İqlimi

Zəyəm Cırdaxan subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta temperatur 2 ⁰C, yayda isə 23,6 ⁰C-yə yaxındır. Iqlimlə əlaqədar yazda Zəyəmçayda və arxlarda daşqınlar baş verir. Yayda isə quraqlıq hökm sürür.

Orta temperatur və Orta yağıntı miqdarı

Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Orta temperatur (°C) 1 2 6 12 18 22 25 24 20 14 8 3 12
Orta yağıntı (sm) 1,1 1,7 2,0 2,9 4,2 4,9 2,3 1,9 1,9 2,8 1,5 1,3 28,5
Mənbə: www.weatherbase.com

Şəkilləri

  • Zəyəm-Cırdaxan günəş batır
    Zəyəm-Cırdaxan günəş batır

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zəyəm Cırdaxan haqqında məlumat. Zəyəm Cırdaxan nədir? Zəyəm Cırdaxan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Şin

  • Fevral 27, 2026

    New Goblin

  • Fevral 24, 2026

    Demokrit

  • Fevral 27, 2026

    Caz

  • Fevral 28, 2026

    Amyen sülhü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst