Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naxçıvan arxiyepiskopluğu (lat. Archidioecesis Naxivana) — Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyliyi ərazisində mövcud olmu

Naxçıvan arxiyepiskopluğu

  • Ana Səhifə
  • Vikipediya
  • Naxçıvan arxiyepiskopluğu

Naxçıvan arxiyepiskopluğu (lat. Archidioecesis Naxivana) — Roma-Katolik Kilsəsinin Səfəvilər dövründə Naxçıvan və Çuxur Səd bəylərbəyliyi ərazisində mövcud olmuş inzibati vahidi. Naxçıvanda katoliklərin fəaliyyəti Teymurilər dövrünəcən gedib çıxırdı. Arxiyepiskopluğun təbəələri əsasən erməni katoliklər idi. Baş kafedral kilsəsi Baş Aparan kəndində yerləşirdi. 26 rahib fəaliyyət göstərir və 360 katolik ailə ehtiva edirdi. 1682-ci ildə artıq 7000 katolik əhaliyə sahib idi.

Naxçıvan arxiyepiskopluğu
Roma-Katolik Kilsəsi
Məlumat
Qurulub1318
Ləğv olunub1847
Baş kafedral məbədiBütün Müqəddəslər kafedralı
Ordinar dərəcəsiArxiyepiskop

Mündəricat

Tarixi

Naxçıvan arxiyepiskopluğu 1318-ci ildə Sultaniyyə arxiyepiskopluğunun bir hissəsi kimi Dominikan ordeni tərəfindən fəaliyyətə başlamışdı və fəaliyyəti müasir Azərbaycan və Ermənistan ərazilərini əhatə edirdi. O dövrlərdə baş kafedral kilsəsi Naxçıvanda idi. Bu, 1380-ci illərdə Teymurləngin hücumuna məruz qalan ərazilərdə sağ qalan yeganə katolik arxiyepiskopluğu idi. XIV əsrdə təkcə Naxçıvanda Dominikanların 12 missioner təşkilatı fəaliyyət göstərirdi. Buradakı missionerlər əsasən Fransa və İtaliyadan gəlirdilər. Onların buradakı fəaliyyəti nəticəsində təkcə XIV əsrdə 28 yaşayış məskəni katolikliyə keçmişdir. Lakin baş verən xəstəliklər və Teymurləngin yürüşləri nəticəsində yeni katolik sakinlər ya qırılmış, ya da yaşayış yerlərini tərk etməli olmuşdular. Digər tərəfdən buradakı katoliklər Erməni Apostol Kilsəsi tərəfindən də daim təzyiqə məruz qalırdılar. Baş kafedral kilsə XVI və XVII əsrlərdə Baş Aparan kəndinə köçürülmüşdü. XVII əsrdə yepiskopluq statusundan arxiyepiskopluq statusuna qaldırılmışdır. Kilsə mərasimləri əvvəlcə latın dilində idi, 1544-cü il 28 fevralda Roma Papası III Pavelin sərəncamı ilə buradakı mərasimlər erməni dilində keçirilməyə başlandı. Pik nöqtə 1602-ci ildə olmuş, 19000 dindar və 12 monastır fəaliyyət göstərmişdir. 1620-ci ildə Papa XV Qriqorinin dəstəyi ilə Aparan kəndində seminariya da hazırlanmışdı. XVIII əsrdə Osmanlı-Səfəvi müharibələri gedişində xaraba qalan torpaqlardan qaçan 800 katolik erməni və son arxiyepiskop Domeniko Maria Salvini 1745-ci ildə İzmir şəhərinə köçdülər və oranın katolik icmasının əsasını qoydular. 1765-ci ildən etibarən Naxçıvanda arxiyepiskop vəzifəsi boş qalmışdı. Baş kafedral mərkəzi 1845-ci ildə zəlzələ nəticəsində dağılmışdır. Nəhayət 1847-ci ildə tamamilə ləğv olunub.

Yepiskopları

  1. Bartolomeo di Bolonya (1330 - 1333)
  2. Yoann (?)
  3. Tommaso (12 aprel 1356 )
  4. II Ruanlı Yoann (7 aprel 1374 - 9 mart 1377 - Kəffə yepiskopluğuna getdi)
  5. Yoann de Qalonifontibus (9 mart 1377 )
  6. Yoann (26 avqust 1398da - Sultaniyyə arxiyepiskopu oldu)
  7. Luici Qometi (2 mart 1403 - ?)
  8. Miktario (? - 1417)
  9. Martino di Çiari (9 oktyabr 1419 - ?)
  10. Georgi
    • Ladislav (5 may 1421 - ?) (titulyar)
  11. Pietro di Karna (13 oktyabr 1423 - ?)
  12. IV İohann Simonian (17 sentyabr 1464 - 1478)
  13. Benua (1478 - 1492)
  14. V İohann Battista (1492 - 1501)
  15. Benedetto (1502 - 1509)
  16. Qriqori (10 fevral 1511 - 1538)
  17. Benedetto Berzati (20 oktyabr 1542 - 1543)
  18. Stefano Qahorçıyan (27 iyun 1546 - 1559)

Arxiyepiskopları

  1. Nikolas Friton
  2. Azarias Friton
  3. Matteos Erasmus
  4. Angel Mariya Kittadini
  5. Paolo Piramalli
  6. Matteo Avanisensis
  7. Tomas Tatumensis
  8. Sebastian Knab
  9. Paul Baptist Avanyan
  10. Stefan Skiran
  11. Ciovanni Kastelli
  12. Alessandro Merkanti
  13. Arxangelus Feni
  14. Domeniko Maria Salvini

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Naxçıvan arxiyepiskopluğu haqqında məlumat. Naxçıvan arxiyepiskopluğu nədir? Naxçıvan arxiyepiskopluğu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    III Abbas

  • Fevral 27, 2026

    Stepan Bandera

  • Fevral 27, 2026

    Məsafədən zondlama

  • Fevral 27, 2026

    Scaphirhynchinae

  • Fevral 27, 2026

    Hörmüz

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst