Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi.
| Abaran | |||
|---|---|---|---|
| |||
| |||
| 40°35′46″ şm. e. 44°21′13″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| İlk məlumat | II əsr | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 1.880 ± 1 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 0301 | ||
![]() Abaran | |||
Tarixi

Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.
Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur.
Coğrafiyası
İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Əhalisi
XX əsrin əvvələrinə qədər əhalisi Azərbaycanlılardan ibarət olmuşdur. Ermənilər buraya, əsasən, 1914–1918-ci illərdə Türkiyənin Van, Muş, Alaşkert, Ərzrum və İranın Xoy vilayətlərindən köçürülmüşdür. Burada indi yalnız ermənilər yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Abaran haqqında məlumat. Abaran nədir? Abaran nə deməkdir?

