Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mpumalanqa, Şimal və Şimal-Qərb əyalətləri ərazisindədir. Massivdə platin, xrom və s. metalların iri yataqları var. 1919 ildən istismar olunur. Kəşf olunmuş pla

Buşveld kompleksi

  • Ana Səhifə
  • Vikipediya
  • Buşveld kompleksi

Buşveld kompleksi (Bushveld) – CAR-da dünyanın ən böyük filizli intruziv massivi.

Buşveld kompleksinin geoloji xəritəsi və mədənlərin yerləşməsi

Mündəricat

Mənşəyi

Mpumalanqa, Şimal və Şimal-Qərb əyalətləri ərazisindədir. Massivdə platin, xrom və s. metalların iri yataqları var. 1919 ildən istismar olunur. Kəşf olunmuş platin qrupu metallarının ehtiyatı 49,9 min t (filizdəki orta miqdarı 5,7 q/t), xromitlər 1,78 mlrd. t (Cr2O3 37%), vanadium 3 mln. t (V2O5 1,4–1,9%), nikel 3,7 mln. t (Ni 0,15–0,34%), mis 2,7 mln. t (Cu 0,1–0,25%), qızıl 2–2,5 t (Au 0,3 q/t), qalay təqr. 30 min t, flüorit 4,3 mln. t-dur (CaF2 40%-dən çox).

Buşveld kompleksi Afrika platformasının Kaapval kratonunda yerləşir; Proterozoy yaşlı təbəqələşmiş nəlbəkivarı kütlədən (lopolitdən) ibarətdir; qalınlığı təqr., 10 km, enlik istiqamətində uz. 430 km, meridian istiqamətində 260 km-dir. Kompleksin yer səthinə çıxan hissəsi (ümumi sahəsinin 42%-i) 67 min km2-dir.

Xüsusiyyətləri

Buşveld kompleksi bir neçə maqmatik fazada (andezit, felzit, ultraəsasi) təbəqələşmiş süxurlar seriyası ilə əmələ gəlmişdir. Ən qalın təbəqə əsasi və ultraəsasi tərkiblidir; əsas filiz ehtiyatları kəsilişdə 5 zonadan ibarət bu təbəqə ilə əlaqədardır.

Təbəqənin özülündə Marginal zona (noritlər və piroksenitlər, qalınlığı 800 m-ədək), on dan yuxarıda Alt zona (bronzitlər, hars burgitlər və dunitlər, qalınlığı 800–1300 m), Böhran zonası (piroksenit və anor to zit ara qatları ilə noritlər, qalınlığı 1300–1800 m), Baş zona (qabbro və noritlər, qalınlığı 3000–3400m) və Üst zona (ferroqabbro və ferrodioritlər, qalınlığı 2000–2800 m) yerləşir. Platin qrupu və xrom metallarının maqmatik mənşəli filiz yataqları Böhran zonası süxurlarında cəmlənmişdir. Yataqlar, əsasən, yeraltı üsulla istismar olunur. 2002 ildə 239,8 t platin qrupu metalları, 42,1 min t nikel, 7,41 mln. t xromit, 15 min t vanadium (V2O5) hasil edilmişdir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buşveld kompleksi haqqında məlumat. Buşveld kompleksi nədir? Buşveld kompleksi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Balyan ailəsi

  • Fevral 27, 2026

    Demonetizasiya

  • Fevral 27, 2026

    Harli Örl

  • Fevral 27, 2026

    Fasad

  • Fevral 27, 2026

    Mələklər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst