Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəsulayn (bəzi mənbələrdə Rəsuleyn və ya Ras-əl-Ayn; ərəb. راس العين‎‎, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê‎) — Suriyanın Əl-Həsəkə müha

Rəsulayn

  • Ana Səhifə
  • Vikipediya
  • Rəsulayn

Rəsulayn (bəzi mənbələrdə Rəsuleyn və ya Ras-əl-Ayn; ərəb. راس العين‎‎, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê‎) — Suriyanın Əl-Həsəkə mühafəzəsində şəhər, eyniadlı rayonun inzibati mərkəzi.

Rəsulayn
راس العين
36°51′01″ şm. e. 40°04′14″ ş. u.HGYO
Ölkə
  •  Suriya
Mühafəzə Əl-Həsəkə
Rayon Rəsulayn
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 360 ± 1 m
Saat qurşağı
  • UTC+02:00
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 29.347 nəf. (2004)
Xəritəni göstər/gizlə
Rəsulayn xəritədə
Rəsulayn
Rəsulayn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəzirədə yerləşən ən qədim şəhərlərdən biri olan Rəsulaynda ən azı neolit dövründən (təqribən e.ə. VIII minillikdən) bəri məskən salınmışdır. Sonrakı dövrlərdə qədim aramilərin Sikkan, romalıların Resayna və Bizansın Feodosiopolis şəhəri olaraq tanınan Rəsulayn bir neçə dəfə məhv edilmiş və yenidən tikilmişdir. Şəhər orta əsrlərdə müxtəlif müsəlman sülalələr arasındakı qızğın döyüşlərin məkanına çevrilmişdir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Rəsulayn Suriya (Fransa) ilə Türkiyə arasında bölünmüş, şəhərin Türkiyəyə verilən şimal hissəsi Ceyranpınar adlandırılmışdır.

2004-c2 ildə əldə edilmiş məlumata görə, şəhərin əhalisi 29.347 nəfərdir. Bu isə Rəsulaynı Əl-Həsəkə mühafəzəsində yerləşən ən böyük üçüncü şəhəri edir. Şəhərin əhalisinin əksəriyyəti ərəblər və kürdlərdən təşkil olunmuşdur. Şəhərdə yaşayan digər icmalara aysorlar, ermənilər və çeçenlər aiddir.

Suriyada vətəndaş müharibəsi zamanı şəhər Suriya Demokratik Qüvvələri tərəfindən ələ keçirilmişdir. Rəsulayn 2019-cu ilin oktyabr ayında, Sülh Bulağı əməliyyatı çərçivəsində, Türkiyə Silahlı Qüvvələri və suriyalı üsyançılar tərəfindən ələ keçirilmişdir.

Mündəricat

Etimologiya

Şəhər yazılı mənbələrdə ilk dəfə, Assuriya kralı II Adad-nirarinin dövründə (e.ə. 911–891) Akkad dilində "Reş ina" olaraq qeydə alınmışdır. Ərəb dilindəki "Rəsulayn" sözü elə bu addan törəmişdir və Azərbaycan dilində "bulağın başı" deməkdir.

Qədim yunan coğrafiyaşünası Ptolemey şəhəri "Raysena" adlandırmışdır. Şəhər Roma imperiyası dövründə "Ressayna" və ya "Resayna" adlandırılırdı. Bizans imperatoru I Feodosi şəhəri 380-ci ildə ələ keçirdikdən sonra şəhər Feodosiopolis adlandırılmışdır. "Rəsulayn" adına əlavə olaraq, orta əsrlərə aid ərəbdilli mənbələrdə şəhər bəzən "Aynverda" adlandırılır.

Şəhərin kürd dilindəki adı – Serekaniyyə də "bulağın başı" deməkdir. Ehtimal olunur ki, bu ad şəhərin samidilli adının birbaşa tərcüməsidir.

Əhali

2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 29.347 nəfərdir. Şəhərin əhalisinin əksəriyyətini ərəblər təşkil edir, ancaq şəhərdə kürd, aysor, erməni və çeçen icmaları da yaşayır.

19812004
14.27829.347

Qalereya

  • Şəhər mərkəzindəki insanlar.
    Şəhər mərkəzindəki insanlar.
  • Bir ortodoks kilsəsi.
    Bir ortodoks kilsəsi.
  • Şəhər Sülh Bulağı əməliyyatı zamanı.
    Şəhər Sülh Bulağı əməliyyatı zamanı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəsulayn haqqında məlumat. Rəsulayn nədir? Rəsulayn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mixail Tal

  • Fevral 27, 2026

    Ev qoyunu

  • Fevral 27, 2026

    Sikvel

  • Fevral 27, 2026

    Brisben

  • Fevral 27, 2026

    Jülian Akademiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst