Cammu (yerli Urdu tələffüzündə جموں Cəmmun) — Hindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı).
| Şəhər | |
| Cammu | |
|---|---|
| ing. Jammu | |
| |
| 32°44′ şm. e. 74°51′ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Cammu və Kəşmir ştatları |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 167 km² |
| Mərkəzin hündürlüyü | 327 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi | 502,197 nəfər (2011) |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +91 191 |
| Poçt indeksi | 180001 |
| Nəqliyyat kodu | JK 02 |
| Digər | |
| jammu.nic.in | |
![]() Cammu | |
Əhalisi
Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min).
Coğrafiyası
Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı.
Memarlığı
Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipək və yun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.
Qalereya
Şəhərin görünüşü
Bahu qalası
Aamr Mahal
Cammu Srinaqar magistral yolu
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cammu haqqında məlumat. Cammu nədir? Cammu nə deməkdir?
