Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqti

Qunnar Myurdal

  • Ana Səhifə
  • Vikipediya
  • Qunnar Myurdal

Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Qunnar Myurdal
ing. Karl Gunnar Myrdal
Qunnar Myurdal 1937-ci il
Qunnar Myurdal 1937-ci il
Doğum tarixi 6 dekabr 1898
Doğum yeri Qustav, Dalarna İsveç İsveç
Vəfat tarixi 17 may 1987 (88 yaşında)
Vəfat yeri Danderid İsveç İsveç
Milliyyəti Isveçli
Həyat yoldaşı
  • Alva Myurdal (1924)
Elm sahələri iqtisadiyyat, siyasət, sosiologiya
İş yerləri Stokholm İqtisadiyyat məktəbi, Stokholm Universiteti
Təhsili
  • Stokholm Universiteti
Elmi rəhbəri Qustav Kassel
Tanınır Monetar tarazlıq
Üzvlüyü
  • İsveç Kral Elmlər Akademiyası (1945),
  • Macarıstan Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1939),
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1982)
Mükafatları Nobel mükafatı1974 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Qunnar Myurdal 1923-cü ildə Stokholm Universitetinin Hüquq fakultəsindən məzun olur. 1927-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlir. 1933-1947-ci illərdə Stokholm İqtisadiyyat məktəbində professorluq edir. Bu müddətdə onun apardığı tədqiqatlardan Stokholm İqtisadiyyat məktəbi güclü təsirlənir.

1924-cü ildə Alva Myurdal ilə evlənir. Qunnar Myurdal və Alva Myurdal 1934-cü ildə "Əhali Məsələlərindəki Böhranlar" əsərini (ing. Crisis in the Population Question) birlikdə yazmışdılar. Bu kitabın əsas ideyasını fərdi azadlıqların (xüsusən qadın azadlıqları) artırılması islahatları təşkil edirdi. Bundan başqa onların Jan Myurdalla Sisella Bok adlı iki övladı olmuşdu. Oğlu Jan Myurdal yazıçı, qızı Sisella Bok isə əxlaq üzrə tədqiqatçı və filosofdu.

Qunnar Myurdal 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncədə olduğu Fridrix fon Hayeklə bölüşdürdü. Bu mükafatı monetar, iqtisadi tsikllar, bunların iqtisadi, sosial və təşkilati bağlılıqlarını öyrənən tədqiqatlarına görə almışdı.

1933-cü ildə parlamentdə sosial demokratların namizədi olaraq millət vəkili seçilmişdir. 1945-1947-ci illərdə Teqe Erlandersin hökumətində Ticarət naziri olaraq işləyir.

Karl Qunnar Myurdalın ən məşhur əsəri 1944-cü ildə yazdığı "Bir amerikan dilemması: Qaradərili problemi və çağdaş demokratiya" adlı əsəri (ing. An American Dilemma:The Negro Problem and Modern Democracy) idi. Bu əsər 1954-cü ildə ABŞ-də qəbul olunan ictimai məktəblərdə irqi ayrıseçkiliyi qadağan edən qanuna böyük təsir göstərmişdi. Bundan başqa Qunnar Myurdal 1950-ci ildə UNESCO-nun "İrqçilik Məsələsi" (ing. The Race Question) adlı hesabatını imzalayanlardan biri idi.

Qunnar Myurdal beynəlxalq sosial siyasətin atası hesab olunur. O, eyni zamanda sosial demokratik düşüncələrin inkişaf etməsində böyük rol oynamışdır.

Önəmli əsərləri

  • Crisis in the Population Question. 1934.
  • The Political Element in the Development of Economic Theory.
  • Fiscal Policy in the Business Cycle - The American Economic Review, c.21, no.1. mart 1939.
  • Population, a Problem for Democracy. (The Godkin Lectures), Harvard University Press, 1940.
  • Contact With America (Kontakt med Amerika) - 1941
  • An American Dilemma: The Negro Problem and Modern Democracy. Harper & Bros. 1944.
  • Social Trends in America and Strategic Approaches to the Negro Problem – Phylon, C.9 No.3. 1948
  • Conference of the British Sociological Association, 1953. II Opening Address: The Relation between Social Theory and Social Policy The British Journal of Sociology, C.4, No.3, Eylul. 1953.
  • An International Economy, Problems and Prospects, Harper & Brothers Publishers. 1956.
  • Value in Social Theory: A Selection of Essays on Methodology. Ed. Paul Streeten, Harper. 1958.
  • Beyond the Welfare State.
  • Challenge to Affluence. Random House. oktyabr 1963.
  • America and Vietnam – Transition, No.3. oktyabr 1967.
  • Twenty Years of the United Nations Economic Commission for Europe – International Organization, C.22, No.3. 1968.
  • Asian Drama: An Inquiry into the Poverty of Nations.
  • The Challenge of World Poverty.
  • Gunnar Myrdal on Population Policy in the Underdeveloped World – Population and Development Review, C.13, No.3. sentyabr 1987.
  • The Equality Issue in World Development - The American Economic Review, C.79, no.6. dekabr 1989.

Həmçinin bax

İqtisadiyyat üzrə Nobel mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qunnar Myurdal haqqında məlumat. Qunnar Myurdal nədir? Qunnar Myurdal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Rəftaridil Qadınəfəndi

  • Fevral 27, 2026

    Kompozit order

  • Fevral 27, 2026

    VI Ptolemey

  • Fevral 27, 2026

    Salar dili

  • Fevral 27, 2026

    Ağbulaq bələdiyyəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst