Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Roçester Universiteti — Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində özəl tədqiqat universiteti.

Roçester Universiteti

  • Ana Səhifə
  • Vikipediya
  • Roçester Universiteti

Roçester Universiteti — Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində özəl tədqiqat universiteti.

Roçester Universiteti
Loqonun şəkli
Əsası qoyulub 1850
Tələbə sayı 11.741, 10.778
Ölkə
  •  ABŞ
Sayt rochester.edu
43°07′42″ şm. e. 77°37′42″ q. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet 1850-ci ildə təsis edilib və 1955-ci ildə Cenesi çayının yanında yerləşən indiki kampusuna köçürülmüşdür.

Təxminən 30,000 tam ştatlı işçisi olan universitet Nyu-Yorkda ən böyük özəl və bütün Nyu York ştatında yeddinci ən çox işçi qəbul edən müəssisədir.

Universitet beş kampusda yerləşən yeddi məktəbdə 160 bakalavr və 30 magistr proqramı təklif edir.

Roçester Universiteti ""R1: Doktorantura Universitetləri — Çox Yüksək Tədqiqat Fəaliyyəti" assosiasiyasının üzvüdür.

Universitetin məzunları arasına 13 Nobel Mükafatı, 9 Milli Elm Medalı, 13 Pulitser Mükafatı, 45 Qremmi Mükafatı və 20 Guggenheim Təqaüdünün laureatları daxildir.

Mündəricat

Tarixi

Raş Rhis Kitabxanası
Raş Rhis Kitabxanasının böyük zalı

Erkən tarixi

Roçester Universitetinin mənşəyi 1796-cı ildə əsası qoyulmuş Hamilton Baptist Kilsəsi (Nyu York) ilə əlaqələndirilir. Kilsə 1817-ci ildə Nyu York Ştatının Baptist Təhsili Cəmiyyətini yaratdı və Hamilton Ədəbi və İlahiyyat İnstitutu adlandırdı. Bu institut Madison və Rochester Universitetlərinin təməlini qoydu.

Nizamnaməsi

Roçester Universitetinin yeni nizamnaməsi 31 yanvar 1850-ci ildə Nyu-York Ştatının regentləri tərəfindən təltif edildi. Nizamnamədə universitetin beş il ərzində 100.000 ABŞ dolları məbləğində yardım alması və bundan sonra təsdiqlənməsi nəzərdə tutulurdu.

Sonrakı 10 il ərzində kollec öz imkanlarını, tələbə kontingentini genişləndirməklə əhatə dairəsini böyütdü və gələcəyini təmin etdi.

Universitetə İlk qadın tələbələri 1900-cü ildə qəbul olundu.

XX-ci əsr

Uilyam Rikerin rəhbərliyi altında universitetin Siyasi Elmlər Departamenti heç bir magistr proqramı olmayan 6 nəfərlik fakültədən ABŞ-ın ən maraqlı Siyasi elmləri kafedralarından birinə çevrildi. Riker yeni bakalavr proqramı yaratdı və aspirant hazırladı. Proqram Corciya Universitetinin professorları Keyt T. Poole və Prinston Hovard Rozentalın sözləri ilə desək, "Dünyada siyasi elmlər üzrə ən yaxşı doktorantura proqramı" idi. Berkli professorları Nelson Polbi və Erik Şiklerin fikrincə, Roçester professoru Riçard Fenno "Amerika millətinin yaranmasından sonrakı 200 ildən çox müddətdə ABŞ Konqresinin başa düşülməsinə hər hansı digər alimdən daha çox töhfə verir".

XXI-ci əsr

2005-ci ildə 1,2 milyard dollarlıq kapital kampaniyası olan Meliora Şallengein özəl mərhələsi başladı. Kampaniya öz məqsədinə 2015-ci ildə çatdı.

2016-cı ildə universitet Meliora Şallengein 1,36 milyard dolları keçmək məqsədini aşdığını elan etdi. Bu fondlar 100-dən çox yeni lazım olan vəzifə və 400-ə yaxın yeni təqaüdü dəstəklədi. Bu müddət ərzində universitet tikintinin yeni mərhələsinə başladı və nəticədə əhəmiyyətli sayda kampuslar və başqa binalar əlavə edildi.

Universitet həmçinin Tibb Mərkəzini genişləndirdi, yeni Uşaq Xəstəxanası, Xərçəng mərkəzi, Tədqiqat binası tikdi və Strong Xəstəxanasının Təcili Yardım şöbəsini artırdı.

2021-ci ildə teatr proqramları, rəqs proqramları, konsertlər və digər tədbirlər üçün tikilən və İfa Sənəti İnstitutuna ev sahibliyi edən Sloan İfa Sənəti Mərkəzi açıldı.

Kampusları

Vegmans Holl
Genese çayı

River kampusu

Roçester şəhərinin mərkəzindən təxminən 2 mil (3 km) cənubda Genese çayının ətrafında yerləşir. Əsas akademik binalar XX-ci əsr universitet memarlığının Yunan dirçəliş üslubunun nümunələridir. Şəhərcikdə yerləşən əsas bina Raş Rese kitabxanasıdır.

Tibb kampusu

Roçester Tibb Mərkəzindəki Tibb və Stomatologiya Məktəbi

Roçester Universiteti Tibb Mərkəzi universitetin tibb təhsili və tədqiqatı üçün əsas kampus, eləcə də xəstələrə qulluq müəssisəsidir. Burada Biotibbi Elmlər İnstitutu və Klinik və Elmləri İnstitutu da daxil olmaqla müxtəlif tədqiqat mərkəzləri fəaliyyət göstəririr.

Eastman Musiqi məktəbi

Məktəb Roçester şəhərinin mərkəzində, tələbələr üçün iqamətgahda, sinif otağı və tamaşa zallarını, Roçester Filarmoniyasının Orkestrini və Eastman teatrınını özündə birləşdirən kampusdur. Kampusda həmçinin Şimali Amerikanın ən böyük akademik musiqi kitabxanası olan Sibley Musiqi Kitabxanası var.

Cənub kampusu

Kampusa Lazer Energetikası Laboratoriyası, Energetika Nazirliyi tərəfindən maliyyələşdirilən Milli Laboratoriya Departamenti, Optika İstehsal Mərkəzi, Optoelektronika və Təsvir Mərkəzi və hazırda fəaliyyət göstərməyən Nüvə Strukturunun Tədqiqat Laboratoriyası daxildir.

Mount Hop kampusu

Memorial İncəsənət Qalereyası

Kampus universitetin rektoru və prorektorunun rəsmi iqamətgahı kimi xidmət göstərir.

Memorial İncəsənət qalereyası

Memorial İncəsənət Qalereyası 1913-cü ildə Roçester Universitetinin bir hissəsi kimi yaradılmışdır. Qalereya regionda vizual incəsənət fəaliyyəti üçün mərkəzdir və iki ildən bir keçirilən Roçester Finger Lakes Sərgisinə ev sahibliyi edir.

Qallereyası

  • Memorial İncəsənət Qalereyası
    Memorial İncəsənət Qalereyası
  • Gibbs Strit
    Gibbs Strit

Akademik strukturu

Lattimor Holl

Roçester Universitetinin bakalavr pilləsinə qəbul ABŞ-ın hər yerindən və 115-dən çox ölkədən təxminən 6400 tam və 330 qiyabi tələbə qəbul edir Magistraturaya qəbula təxminən 3,750 əyani və təxminən 1,600 qiyabi tələbə daxildir.

İncəsənət, Elm və Mühəndislik kollecləri

Universitetə İncəsənət, Elmlər, Mühəndislik (İEM) və Tətbiqi Elmlər məktəbləri daxildir. İEM departamentləri və proqramları tərəfindən təmin edilən məzun hazırlığı proqramları universitet tərəfindən verilən fəlsəfə doktoru dərəcələrinin 60%-dan çoxunu təşkil edir. 19 şöbəsi, çox sayda proqramı, mərkəzləri və institutları ilə İncəsənət və Elmlər universitetin ən böyük məktəbidir.

1958-ci ildə yaradılmış Hajim Məktəbi müxtəlif proqramlar, şöbələr və institutlardan, o cümlədən Audio və musiqi mühəndisliyi, Biotibbi mühəndislik, Kimya mühəndisliyi, Kompüter elmləri, Elektrik və kompüter mühəndisliyi, Optika və Maşınqayırma İnstitutundan ibarətdir. Məktəb 2008-ci ildən bəri əhatə etdiyi bakalavr tələbələrinin sayını iki dəfə artırmışdır. Məktəb 2009-cu ildə universitetə ​​30 milyon dollarlıq hədiyyədən sonra universitetin müvəkkili Edmund Hacimin adını daşıyır.

Tibb və Stomatologiya Ali məktəbi

Strong Memorial Xəstəxanası

Tibb və Stomatologiya Ali məktəbi həm tədqiqat, həm də klinik proqramları olan tibbi və stomatoloji məktəbdir.

1921-ci ildə yaradılmış məktəb tam ştatlı professor-müəllim heyəti və Departament və Mərkəzdə təşkil olunmuş könüllü kliniki professor-müəllim heyətindən ibarətdir. Burada aspirant və doktoranturaya təyin olunmuş tələbələr hazırlaşır.

Universitet Roçester Earl Medical Şolars proqramı ilə tanınır. Proqramla qəbul kollecə qəbuldan ayrıdır və əlavə ərizə materialları və müsahibələr tələb edir.

Stomatologiya məktəbi Eastman Ağız Sağlamlığı İnstitutu kimi tanınır. 1905-ci ildə Eastman Stomatoloji Mərkəzi olaraq yaradılmış, 1997-ci ildə universitetlə birləşmişdir.

Tibb bacısı məktəbi

Tibb bacısı məktəbi Roçester Universitetinin Tibb Mərkəzinin kampusunda yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Roçester Universiteti haqqında məlumat. Roçester Universiteti nədir? Roçester Universiteti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əbdülmalik Husi

  • Fevral 27, 2026

    Papua-Yeni Qvineya

  • Fevral 27, 2026

    Attu adası

  • Fevral 27, 2026

    Nisbilik prinsipi

  • Fevral 27, 2026

    Eduard Markarov

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst