Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəribsoltan Həsən bəy qızı Məlikova (11 iyun 1896, Zərdab, Göyçay qəzası – 9 mart 1967, Bakı) — Azərbaycanın maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi (194

Qəribsoltan Məlikova

  • Ana Səhifə
  • Vikipediya
  • Qəribsoltan Məlikova

Qəribsoltan Həsən bəy qızı Məlikova (11 iyun 1896, Zərdab, Göyçay qəzası – 9 mart 1967, Bakı) — Azərbaycanın maarif xadimi, Azərbaycan SSR əməkdar müəllimi (1948). Həsən bəy Zərdabinin qızı.

Qəribsoltan Məlikova
Qəribsoltan Həsən bəy qızı Məlikova
Doğum tarixi 11 iyun 1896(1896-06-11)
Doğum yeri
  • Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 mart 1967(1967-03-09) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Atası Həsən bəy Zərdabi
Anası Hənifə Məlikova
Mükafatları "Lenin" ordeni
Azərbaycan SSR əməkdar müəllimi

Mündəricat

Həyatı

Anası Hənifə Məlikova ilə

Qəribsoltan Həsən bəy qızı Məlikova 1896-cı il (bəzi mənbələrdə 1886) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər  ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabi və onun həyat yoldaşı Hənifə xanımın ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.

Qərib Soltan Məlikovaya ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə. 1914-cü il 10 may

1915-1918-ci illərdə Bakıdakı rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gələrək Bakıdakı üçüncü rus qız gimnaziyasında, sonra isə ikinci rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.

1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər  ziyalı  Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir. Tiflisdə rus gimnaziyasında təhsil almışdır. Pedaqoji fəaliyyətə 1910-cu ildən başlamışdır. Bakıdakı rus-tatar qız məktəblərində dərs demişdir (1918-1920). 1956-cı ilədək Bakı məktəblərində müəllim işləmişdir.

Repressiya illərinin çətinlikləri

Ailə üzvlərinin repressiyası səbəbindən Gəncəyə köçərək bir müddət burada sakit həyat yaşamaq istəmişdir. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Zərdaba getmiş və hər ikisi orta məktəblərdə müəllim kimi çalışmışlar. Bu cəfakeş xanım ailə həyatı qurmamış, ömrü boyu ədəbi irsi təqib olunmuş, yasaq edilmiş atasının, repressiya qurbanı olan qardaşının, Fransada yaşamağa məcbur olan bacı və qardaşının, yeznəsi Əlimərdan bəy Topçubaşovun, bu üzüntülərə dözə bilməyən anası Hənifə xanımın dərdi ilə yaşamışdir. Həsən bəyin ailəsindən tək yadigar qalmış Qəribsoltan xanımı qardaşı Midhətin faciəli həyatı, anası Hənifə xanımın vaxtsız ölümü, Bibiheybət məscidinin yanından atası Həsən bəyin məzarı yerləşən qəbiristanlığın dağıdılması xəbəri çox sarsıtmışdır. Çox çətinliklə də olsa cənazənin qalıqlarını Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanım Məlikova-Abayevanın yanında basdırmışdır. Bütün bu çətinliklərə baxmayaraq vətənpərvər müəllimə Azərbaycanda Sovet hakimiyyəti qurulan ilk illərdə yeni yaradılan məktəblərin, savad kurslarının təşkilində yaxından iştirak etmiş, qabaqcıl bir pedaqoq kimi respublikada maarifin inkişafında əlindən gələn köməyi əsirgəməmişdir.

Mükafatları

Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında Attestat. 1938-ci il 4 noyabr

Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz  xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə “Azərbaycan SSR-in Əməkdar müəllimi” adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir. Hətta bəzi tarixi mənbələrdə Qəribsoltan xanımın İmperator üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedaqoji Şurasında bütün sınaqlardan keçərək “Xalq məktəblərinin müəllimi” adına layiq görüldüyü də göstərilir. Bu nailiyyət nəinki Qəribsoltan xanımın, eləcə də bütün Azərbaycanlı qadınlarının irəliləyişi, onların oxumaq imkanlarının təsdiqi idi.

Həmçinin bax

  • Şəfiqə Əfəndizadə
  • Xədicə Əlibəyova
  • Səkinə Axundzadə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəribsoltan Məlikova haqqında məlumat. Qəribsoltan Məlikova nədir? Qəribsoltan Məlikova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sen-Malo

  • Fevral 26, 2026

    Teymurilər dövləti

  • Fevral 27, 2026

    Diferensial hesabı

  • Fevral 27, 2026

    Sun Yat-Sen

  • Fevral 27, 2026

    Katoliklər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst