Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir.

Lukas Podolski

  • Ana Səhifə
  • Vikipediya
  • Lukas Podolski

Lukas Podolski (4 iyun 1985[…], Qliviçe[d], Katovitse voyevodluğu[d]) — Polşa əsilli Almaniyalı futbolçu. Hal-hazırda Qurnikda forma geyinir.

Lukas Podolski
alm. Lukas Podolski‎
Ümumi məlumatlar
Doğum tarixi 4 iyun 1985(1985-06-04)[…] (40 yaş)
Doğum yeri
  • Qliviçe[d], Katovitse voyevodluğu[d], Polşa
Vətəndaşlığı
  •  Almaniya Federativ Respublikası
  •  Polşa
Boyu 182 sm
Çəkisi 83 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d], yarımmüdafiəçi
Karyerası
Klub karyerası
2003 1. FC Köln II 2 (0)
2003–2006 Köln 81 (46)
2006–2009 Bayern Münxen 71 (15)
2009–2012 Köln 88 (33)
2015 → İnter Milan 17 (1)
2012–2015 Arsenal 60 (19)
2015–2017 Qalatasaray 56 (20)
2017–2020 Vissel Kobe 52 (15)
2020–2021 Antalyaspor 40 (6)
2021–h.h. Qurnik 118 (23)
Milli yığma
2001–2002 Almaniya U-17 6 (2)
2002–2003 Almaniya U-18 7 (4)
2003 Almaniya U-19 3 (6)
2004 Almaniya U-21 5 (0)
2004–2017 Almaniya 130 (49)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Lukas Podolski, peşəkar futbolçu Valdemar Podolski və həntbol oyunçusu Kristina Podolskanın oğlu olaraq Polşanın Qlivise şəhərində doğulmuşdur. 1987-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçmüşdür. Podolski 2011-ci ildə evlənmişdir.

Klub karyeraları

Köln

Futbola 1991-ci ildə Cuqend 07 Berqhem klubunun futbol məktəbində başlamışdır. 1995-ci ildə Köln futbol klubunun U-15 komandasına keçdi. 2003-cü ildə ilk dəfə Köln'ün ikinci komandasında oynamışdır. Daha sonra U-19 komandasında göstərdiyi uğurlardan sonra 18 yaşında birinci komandada oynamışdır. Lakin Köln liqanı sonuncu yerdə bitirdikdən sonra ikinci liqaya düşmüşdü.

2004–05 ci illərdə 2. Bundesliqada uğurlu bir il keçirərək 30 oyunda 24 qol vurub, 11 asist etmişdir. Beləliklə, qol kralı olmuşdur. İl sonunda isə Köln klubu yenidən Bundesliqaya qayıtmışdır.

Bu liqadakı ikinci ilində də uğurlu çıxış edərək 12 qol vurmuşdur. Üçüncü ildə klubun ən güclüsü olmağına baxmayaraq klub yenidən ikinci liqaya qayıtmışdır.

Bavariya

10 iyul 2006-cı ildə təxminən 10 milyon avroya 2010-cu ilin sonuna qədər Bavariya ilə razılaşmışdır. Lakin il sonunda 22 oyunda sadəcə 4 dəfə fərqlənmişdir. O, bu klubda ilk Avropa qolunu da vurmuşdur.

2006/07-ci illərdə 5 qol vuran futbolçu Münhen klubu ilə liqa çempionluğu da yaşamışdır. Bundan əlavə Almaniya Kubokunun da sahibi olmuşdur. Növbəti ildə isə liqa ikincisi və UEFA Çempionlar Liqasının dörddə bir finalçısı olan klubda ilk 11'də oynaya bilmədi və klubdan ayrıldı.

Köln'ə qayıdış

2009/10-cu illərdə yenə 10 milyon avroluq razılaşma ilə köhnə klubu Kölnə geri dönmüşdür. Birinci il o qədər uğurlu ola bilməyən Podolski növbəti ildə 13 qol və 8 asist etmişdir. 11 mart 2011-ci ildə Bundesliqadakı 50-ci qolunu vurmuşdur. Lakin klubun uğurlarının ardı gəlmədiyi üçün il sonunda Bundesliqadan ayrılanlardan biri olmuşdur.

Arsenal

2012/13-cü illərdə Almaniyadan ilk dəfə ayrılan Podolski Arsenala transfer olundu. Birinci ilini 11 qol və 10 asist ilə bağladı. UEFA Çempionlar Liqasında 4 qol vura bildi. Zədələndiyi üçün növbəti ilin birinci hissəsində oynaya bilmədi. Daha sonra isə yalnız FA Kubokunda final oynadı.

İnter Milan

Podolski 2014/15 ilin qış transfer mərhələsində İnter Milana kirayə göndərilmişdir. İl sonunda isə klubdan ayrıldığını bildirmişdir.

Qalatasaray

4 iyul 2015-ci ildə 2.5 milyon avroya Qalatasaray ilə razılaşmışdır.

Qurnik Zabje FK

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lukas Podolski haqqında məlumat. Lukas Podolski nədir? Lukas Podolski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ağsu

  • Fevral 25, 2026

    Konstantinopol

  • Fevral 23, 2026

    Fələstin

  • Fevral 27, 2026

    Nazaret

  • Fevral 27, 2026

    Böyrək daşı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst