Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hindenburq qəzası (ing. Hindenburg disaster) — 6 may 1937-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Mançester bölgəsində baş verən hava gəmisi qazası. Alman sərnişin h

Hindenburq qəzası

  • Ana Səhifə
  • Vikipediya
  • Hindenburq qəzası

Hindenburq qəzası (ing. Hindenburg disaster) — 6 may 1937-ci ildə ABŞ-nin Nyu-Cersi ştatının Mançester bölgəsində baş verən hava gəmisi qazası. Alman sərnişin hava gəmisi olan LZ 129 Hindenburq Leykharst Dəniz Hava Stansiyasında elektrik dirəyinə dəyib yandı və məhv oldu. Qəza nəticəsində gəmidəki 97 nəfərdən (36 sərnişin və 61 komanda üzvü) 35-i (13 sərnişin və 22 komanda üzvü) və yerdəki bir nəfər öldü.

LZ 129 Hindenburq
Hindenburqun yandığı vaxt çəkilmiş şəkili
Hindenburqun yandığı vaxt çəkilmiş şəkili
Ümumi məlumatlar
Tarix
  • 6 may 1937
Qəza səbəbi Eniş anında yanğın; səbəbi məlum deyil
Ölkə
  •  ABŞ
Yer Nyu-Cersi, ABŞ
Koordinatlar
Aviasiya
Qalxma yeri Frankfurt, Almaniya
Qeydiyyat nömrəsi D-LZ129
Sərnişin sayı 36
Ekipaj 61
Ölü sayı 36
Yaralı sayı
  • 62
Sağ qalan sayı 62
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Uçuş

Zəmin

Hindenburq 1936-cı ildə Amerika Birləşmiş Ştatlarında 10 səfər etmişdi. 1937-ci il səfərlərini mart ayında Braziliyanın Rio-de-Janeyro şəhərinə gediş-dönüş səyahəti ilə başladıqdan sonra Hindenburq mart ayının sonunda Almaniyanın Frankfurt şəhərinə doğru yola çıxdı və may ayının 3-ü axşam saatlarında cari il üçün planlaşdırılan Avropa-ABŞ səyahətlərinin 10-undan birincisini tamamlamaq üçün geriyə — ABŞ-yə doğru yola çıxdı.

Əsən külək 3 gün sonraya — Hindenburqun eniş gününə qədər elə də, ciddi deyildi. Qəza vaxtı gəminin yarısının dolmasına baxmayaraq, (70 boş yerdən 36 sərnişin və 21-i kursant olmaqla 61 nəfər komanda üzvü) Hindenburq dönüş uçuşu üçün tam rezervasiya edilmişdi. Almaniya bileti alan sərnişinlərin çoxu gələn həftə keçiriləcək kral VI Corc və kraliça Elizabetin tacqoyma mərasimində iştirak etməyi planlaşdırmışdı.

Hindenburq Nyu-Yorkun Manhetten bölgəsində (6 may 1937), qəzadan qısa müddət əvvəl

May ayının 6-sı səhər Bostonun üstündən keçən hava gəmisi qrafikə görə gecikmişdi və onun Leykharsta enişinin günortadan sonra baş verən tufana görə daha da təxirə salınacağı gözlənilirdi. Leykharstdakı pis hava şəraitindən xəbərdar olan kapitan Maks Prass istiqaməti Manhettenə dəyişdi və beləcə, insanların hava gəmisini görmək üçün küçəyə çıxmaları ictimai tamaşa yaratdı. Saat 16:00-da şəhərin üstündən keçdikdən sonra kapitan Prass havanın aydınlanmasını gözləyərkən sərnişinləri Nyu-Cersi ştatının dəniz sahillərində gəzintiyə çıxardı. Nəhayət, saat 18:22-də tufanın bitdiyi barədə xəbər gəldikdən sonra Prass enişi təxmini yarım gün gecikdirmək üçün gəmini Leykharsta qaytardı. Gəminin Avropaya planlaşdırılan səyahətinə yola düşməsi üçün burada az qalacağına görə, əvvəlcədən ictimaiyyət bu müddət ərzində Hindenburqu görə bilməyəcəkləri barədə məlumatlandırıldı.

Eniş

Saat 19:00 radələrində Hindenburq 200 metr (650 fut) yüksəklikdə Leykharst Dəniz Hava Stansiyasına yaxınlaşdı.

Həmçinin oxu

  • Lawson, Don. Engineering Disasters: Lessons to Be Learned. New York: ASME Press, 2005. ISBN 978-0791802304.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hindenburq qəzası haqqında məlumat. Hindenburq qəzası nədir? Hindenburq qəzası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Abbreviatura

  • Fevral 27, 2026

    Yerevan

  • Fevral 27, 2026

    Aland adaları

  • Fevral 27, 2026

    Əbdürrəhman Cami

  • Fevral 27, 2026

    Edit Vilson

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst