Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Capcom Co., Ltd. — Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis"

Capcom

  • Ana Səhifə
  • Vikipediya
  • Capcom

Capcom Co., Ltd. — Yaponiya videooyun istehsalçısı və nəşrçisi. Şirkət "Mega Man", "Street Fighter", "Resident Evil", "Devil May Cry", "Onimusha", "Dino Crisis", "Dead Rising", "Sengoku Basara", "Ghosts 'n Goblins", "Monster Hunter", "Breath of Fire" və "Ace Attorney" kimi çox satan videooyun franşizalarının, eləcə də bir neçə "Disney" lisenziyalı videooyunun müəllifidir. 1979-cu ildə təsis olunmuş şirkət Şimali Amerikada, Avropada və Yaponiyada şöbələri olan beynəlxalq müəssisədir.

Capcom
Capcom
カプコン
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kabuşiki qaişa[d], ictimai şirkət
Sənaye videooyun sənayesi[d]
Məhsulu proqram təminatı
Təsis tarixi 30 may 1979
Baş qərargahın yeri
  • Tyuo-ku[d]
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 783.200.000 $ (2020)
Xalis mənfəəti
  • 148.700.000 $ (2020)
Əməliyyat mənfəəti
  • 219.100.000 $ (2020)
Struktur
İşçi sayı
  • 2.832 nəf.
capcom.com
capcom.co.jp
capcom-germany.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Strukturu

Şöbələri

Osaka prefekturasının Çuo-ku rayonunda yerləşən baş ofis binası, eləcə də tədqiqat və inkişaf binasına əlavə olaraq, Yaponiya mərkəzli şirkətin Tokio şəhərinin Şincuku xüsusi rayonunda yerləşən Şincuku Mitsui binasında ofisi var. Həmçinin, şirkətin Mie prefekturasının İqa şəhərində yerləşən Ueno müəssisəsi var.

Beynəlxalq "Capcom Group" Yaponiya, Şimali Amerika, Avropa və Şərqi Asiyada 15 şöbəni əhatə edir. Əlaqəli şirkətlərə Cənubi Koreyanın "Koko Capcom Co., Ltd.", ABŞ-nin "Street Fighter Film, LLC" və "Dellgamadas Co., Ltd." aiddir.

Oyunlarla bağlı media

Şirkət ev, onlayn, mobil, arkada, paçinko və paçislo oyunlarının istehsalı və nəşrinə əlavə olaraq, strategiya kitabçaları nəşr edir, Yaponiyada "Plaza Capcom" adlı arkada mərkəzləri işlədir və öz franşizalarını əlaqədar məhsullar, filmlər, teleseriallar və səhnə ifaları üçün lisenziyalaşdırır.

Marketinq və musiqi leyblı olan "Suleputer" müəssisəi "Sony Music Entertainment Intermedia" ilə əməkdaşlıq çərçivəsində 1998-ci ildə təsis edilmişdir və "Capcom" şirkətinin oyunları əsasında CD-lər, DVD-lər və başqa media nəşr edir. "Captivate" adlı illik özəl media sammiti ənənəvi olaraq, yeni oyun və biznes anonsları üçün platforma kimi istifadə edilir.

Oyunlar

Platin buraxılışlar

"Capcom" ilin hər rübündə yenilənən, "Platin buraxılışlar" adı verilən, bir milyondan çox nüsxə satmış videooyunlarından ibarət siyahısını tərtib edir. Siyahıdan 90-dan çox oyun adı var. Aşağıda ən çox satan 10 buraxılış qeyd olunub:

31 dekabr 2019 tarixində yenilənib
Açar
Rəqəmsal yayım da daxildir Rəqəmsal yayım da daxildir
Buraxılış Tarix Platforma(lar) Satışlar (milyonla)
Monster Hunter World Rəqəmsal yayım da daxildir 000000002018-01-01-0000yanvar 2018 PlayStation 4, Xbox One, PC 14.9
Resident Evil 5 Rəqəmsal yayım da daxildir 000000002009-03-01-0000mart 2009 PlayStation 3, Xbox 360 7.6
Resident Evil 6 Rəqəmsal yayım da daxildir 000000002012-10-01-0000oktyabr 2012 PlayStation 3, Xbox 360 7.4
Resident Evil 7: Biohazard Rəqəmsal yayım da daxildir 000000002017-01-01-0000yanvar 2017 PlayStation 4, Xbox One, PC 7.0
Street Fighter II 000000001992-06-01-0000iyun 1992 Super Nintendo Entertainment System 6.3
Resident Evil 2 Remake Rəqəmsal yayım da daxildir 000000002019-01-01-0000yanvar 2019 PlayStation 4, Xbox One, PC 5.8
Resident Evil 2 000000001998-01-01-0000yanvar 1998 PlayStation 4.96
Monster Hunter Freedom 3 Rəqəmsal yayım da daxildir 000000002010-12-01-0000dekabr 2010 PlayStation Portable 4.9
Monster Hunter Generations Rəqəmsal yayım da daxildir 000000002015-11-01-0000noyabr 2015 Nintendo 3DS 4.3
Monster Hunter 4 Ultimate Rəqəmsal yayım da daxildir 000000002014-10-01-0000oktyabr 2014 Nintendo 3DS 4.2

Qeydlər

  1. yaponca: 株式会社カプコン, Hepbörn: Kabushiki-gaisha Kapukon?

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Capcom haqqında məlumat. Capcom nədir? Capcom nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ABŞ kinemotoqrafiyası

  • Fevral 27, 2026

    Universal insan

  • Fevral 27, 2026

    Xocasən

  • Fevral 27, 2026

    Raqnar Lodbrok

  • Fevral 25, 2026

    Kəlmeyi-şəhadət

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst