Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saba rayonu (tatar. Саба районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir.

Saba rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Saba rayonu

Saba rayonu (tatar. Саба районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimalında yerləşir. Rayonun inzibati mərkəzi şəhər tipli Baylar Saba qəsəbəsidir.

Saba rayonu
Саба районы
Bayraq Gerb
Bayraq Gerb

56°01′ şm. e. 50°28′ ş. u.HGYO


Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Yaradılıb 10 avqust 1930
Sahəsi
  • 1.097,7 km²
Əhalisi
Əhalisi
  • 30.586 nəf. (2021)
Rəsmi sayt
Saba rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Rayon respublikanın şimalında yerləşir. Baltaç, Kukmara, Teləçe, Arça rayonları ilə həmsərhəddir.

Tarixi

1920-ci ilə qədər rayonun ərazisi Mamadış və Layiş qəzalarının, 1920-ci ildən Mamadıış kantonunun tərkibinə daxil olur.

Rayon 10 avqust 1930-cu ildə təsis edilmişdir. 28 noyabr 1991-ci ildə Respublika Ali Sovetinin qərarı ilə Teləçe rayonu Saba rayonu ərazisindən ayrılır.

Əhali

Urbanizasiya

Şəhər şəraitində (Baylar Saba qəsəbəsində) rayon əhalisinin 28,24% -i yaşayır.


Milli tərkib

Rayon əhalisi tatarlar (95,4%), ruslar (3,2%) və udmurtlardan (0,7%) ibarətdir.

Yerli özünü idarəetmə

Saba rayonu ərazisinə 1 şəhər və 19 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 67 yaşayış məntəqəsi daxildir.

Rayon rəhbəri Rais Minnixanov Tatarıstan Prezidenti Rüstəm Minnixanovun qardaşıdır.

Nəqliyyat

Rayonun şimalından Moskva - Kazan - Yekaterinburq dəmir yolu xətti keçir. Stansiyalar və platformalar (Kazandan): Mindyuş (pl.), Şemordan (st.), İştuqan (st.).

Yol şəbəkəsi zəif inkişaf etmişdir. Əsas yolları: 16K-1332 "Şemordan - Baylar Saba - Teləçe - Kazan". Digər əhəmiyyətli yolları: 16K-0517 "Şemordan-Baltaç", 16K-1410 "Baylar Saba-Lesxoz".

KİV

Rayonda "Saba tannarı" adlı tatar dilində qəzet nəşr olunur.

Tanınmış şəxsləri

Alyamətdin Zamaletdinoviç Kamalov - 1974-1983-cü illərdə Komunist Partiyası Saba rayon komitəsinin birinci katibi.

Minzakir Abduraxmanoviç Absalyamov (1901-1962) - Sovet hərbi lideri, general-mayor. Hərbi Elmlər Doktoru, Dosent, Yuxarı Otarı kəndinin sakini.

Şövkət Həsənoviç Biktemirov (1928-2012) - teatr və kino aktyoru, SSRİ xalq artisti (1977).

Zəki Xabibulloviç Xabibullin (1911-1945) - Sovet İttifaqı Qəhrəmanı, Yuxarı Otarı kəndində anadan olmuşdur.

Qulfiya Şayxullovna Fayzraxmanova - Çallı Dövlət Dram Teatrının rəssamı.

Taslima Nizami - tatar şairi, bəstəkar və müğənni, Tatarıstan Respublikasının əməkdar artisti, tatar dilində 500-dən çox populyar mahnının müəllifidir.

Minqaz İbraqimoviç Timirov (1914-2006) - istefada olan polkovnik, Kazanda veteran hərəkatının təşkilatçısı, Tatarıstan Respublikasının əməkdar mədəniyyət işçisi. Moskvadakı Qələbə Paradlarının iştirakçısı.

İlfat Mansuroviç Əsgərov - Naberejnıe Çelnı Dövlət Dövlət Dram Teatrının rəssamı, Tatarıstan Respublikasının əməkdar artisti.

Kalimulla Qumeroviç Həsənov (1878-1949) - Ufa vilayətindən olan 2-ci Dövlət Dumasının deputatı (1907), əslən Çulpıç kəndindəndir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saba rayonu haqqında məlumat. Saba rayonu nədir? Saba rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aviasiya

  • Fevral 27, 2026

    Nurəddin İbrahimov

  • Fevral 27, 2026

    Çingiz Mustafayev

  • Fevral 26, 2026

    Uhud döyüşü

  • Fevral 27, 2026

    Mahec (nom)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst