Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempi

İslam Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • İslam Abbasov

İslam Abbasov (24 mart 1996) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

İslam Abbasov
İslam Abbasov 2024-cü ildə
İslam Abbasov 2024-cü ildə
Şəxsi məlumatlar
Tam adı İslam Əzim oğlu Abbasov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 24 mart 1996(1996-03-24) (29 yaş)
Boyu 180 sm. (5 ft 7 in)
İdman növü Güləş
Karyera illəri 2005—
Məşqçisi Şaban Donat
Medallar
Avropa Oyunları
Gümüş 2019 Belarus87 Kq.
Avropa Çempionatı
Gümüş 2019 Buxarest87 Kq.
Bürünc 2020 Roma87 Kq.
Bürünc 2022 Budapeşt78 Kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalına sahib olsa da, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə turnirin qalibi oldu.

2014-cü il ərzində İslam Abbasov Polşada gənclər arasında Avropa Çempionatının və Xorvatiyada gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu.

2015-ci ildə İslam Abbasov Fransa Qran-Prinin və U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu. İlin əsas turnirlərində isə İslam Abbasov — gənclər arasında Avropa Çempionatının qalibi oldu, amma gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.

İslam Abbasov 2016-cı ilin martında Latviyada Avropa Çempionatlarında debüt eləsə də uğursuz çıxış etdi və turniri 14-cü pillədə başa vurdu. Bolqarıstanda U23 Avropa Çempionatını da 8-ci pillədə başa vuran İslam Abbasov iyunda Rumıniyada ardıcıl üçüncü dəfə gənclər arasında Dünya Çempionatının qalibi oldu. Daha sonra o, sentyabrda hərbçilər arasında Dünya Çempionatının gümüş, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu.

2017-ci ildə isə İslam Abbasov əvvəl martda Vəhbi Əmrə beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə mayda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Avqustda Fransanın Paris şəhərində Dünya Çempionatında debüt edən İslam Abbasov turniri beşinci pillədə başa vurdu. Daha isə o, sentyabrda Litvada hərbçilər arasında Dünya Çempionatının, noyabrda isə Polşada U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu.

2018-ci ildə İslam Abbasov fevralda Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vurdu. Daha sonra o, apreldə Rusiyada Avropa Çempionatını beşinci pillədə başa vurdu. Mayda hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan İslam Abbasov iyunda U23 Avropa Çempionatının qalibi oldu. Ardınca Vəhbi Əmrə beynəlxalq turnirinin və Oleq Karavayev beynəlxalq turnirinin gümüş medallarına sahib olan İslam Abbasov Macarıstanda Dünya Çempionatını beşinci pillədə, Rumıniyada U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.

2019-cu il isə İslam Abbasov üçün uğursuz oldu. İstanbulda Vəhbi Əmrə beynəlxalq turnirini və Dyörda Macarıstan Qran-Prisini medalsız başa vuran İslam Abbasov apreldə Rumıniyada Avropa Çempionatının, iyunda Belarusda Avropa Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu. Sentyabrda isə Qazaxıstanda Dünya Çempionatında 18-ci pillədə qərarlaşan İslam Abbasov ili qızıl medalsız başa vurdu.

2020-ci ildə İslam Abbasov yanvarda Fransa Qran-Prisində uğursuz çıxış etdi. Fevralda isə İslam Abbasov İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. COVID-19 pandemiyasına görə il ərzində beynəlxalq turnirlər baş tutmadı.

2021-ci ilin əvvəli isə İslam Abbasov üçün uğurlu oldu. Yanvarda Fransada Qran-Prinin qalibi olan İslam Abbasov martda Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin də qızıl medalına sahib oldu və olimpiya lisenziyası əldə etdi. Olimpiadadan əvvəl İslam Abbasov iyunda Polşada Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Avqustda isə o, Azərbaycanı olimpiada da təmsil etdi. İslam Abbasov turnirin 1/8 final mərhələsində Kuba nümayəndəsi Daniel Gregoriç ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Abbasov rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı. Olimpiadadan sonra İslam Abbasov sentyabrda Norveçdə Dünya Çempionatında da uğursuz çıxış etdi və turniri 25-ci pillədə başa vurdu.

Olimpiadadan sonra İslam Abbasov 2022-ci ildə Vəhbi Əmrə beynəlxalq turnirinin və Mateo Pellison beynəlxalq turnirinin qalibi oldu, martda isə Macarıstanın Budapeşt şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu.

2023-cü il də İslam Abbasov üçün uğursuz oldu. İslam Abbasov il ərzində Zagreb Open və Avropa Çempionatında uğursuz çıxış etdi və müvafiq olaraq turnirləri 17-ci və 5-ci pillələrdə başa vurdu.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2012
Yeniyetmələrin Dünya Çempionatı Azərbaycan Azərbaycan
1.
2
2013
Yeniyetmələrin Avropa Çempionatı Monteneqro Monteneqro
2.
3
Yeniyetmələrin Dünya Çempionatı Serbiya Serbiya
1.
4
2014
Gənclərin Avropa Çempionatı Polşa Polşa
1.
5
Gənclərin Dünya Çempionatı Xorvatiya Xorvatiya
1.
6
2015
Fransa Qran-Prisi Fransa Fransa
3.
7
U23 Avropa Çempionatı Polşa Polşa
3.
8
Gənclərin Avropa Çempionatı Türkiyə Türkiyə
1.
9
Gənclərin Dünya Çempionatı Braziliya Braziliya
2.
10
2016
Avropa Çempionatı Latviya Latviya
14.
11
U23 Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
8.
12
Gənclərin Avropa Çempionatı Rumıniya Rumıniya
1.
13
Hərbçilərin Dünya Çempionatı Şimali Makedoniya KYRM
2.
14
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
15
2017
Vəhbi Əmrə Turniri Türkiyə Türkiyə
2.
16
İslam Həmrəyliyi Oyunları Azərbaycan Azərbaycan
1.
17
Dünya Çempionatı Fransa Fransa
5.
18
Hərbçilərin Dünya Çempionatı Litva Litva
3.
19
U23 Dünya Çempionatı Polşa Polşa
3.
20
2018
Kiyev Turniri Ukrayna Ukrayna
2.
21
Avropa Çempionatı Rusiya Rusiya
5.
22
Hərbçilərin Dünya Çempionatı Rusiya Rusiya
3.
23
U23 Avropa Çempionatı Türkiyə Türkiyə
1.
24
Vəhbi Əmrə Turniri Türkiyə Türkiyə
2.
25
Oleq Karavayev Turniri Rusiya Rusiya
2.
26
Dünya Çempionatı Macarıstan Macarıstan
5.
27
U23 Dünya Çempionatı Rumıniya Rumıniya
3.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
28
2019
Vəhbi Əmrə Turniri Türkiyə Türkiyə
6.
29
Macarıstan Qran-Prisi Macarıstan Macarıstan
10.
30
Avropa Çempionatı Rumıniya Rumıniya
2.
31
Avropa Oyunları Belarus Belarus
2.
32
Dünya Çempionatı Qazaxıstan Qazaxıstan
18.
33
2020
Fransa Qran-Prisi Fransa Fransa
5.
34
Avropa Çempionatı İtaliya İtaliya
3.
35
2021
Fransa Qran-Prisi Fransa Fransa
1.
36
Avropa Olimpiya Təsnifat Turniri Macarıstan Macarıstan
1.
37
Poland Open Polşa Polşa
3.
38
Olimpiya Oyunları Yaponiya Yaponiya
12.
39
Dünya Çempionatı Norveç Norveç
25.
40
2022
Vəhbi Əmrə Turniri Türkiyə Türkiyə
1.
41
Avropa Çempionatı Macarıstan Macarıstan
3.
42
M. Pellison Turniri İtaliya İtaliya
1.
43
2023
Zagreb Open Xorvatiya Xorvatiya
17.
44
Avropa Çempionatı Xorvatiya Xorvatiya
5.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İslam Abbasov haqqında məlumat. İslam Abbasov nədir? İslam Abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Show TV

  • Fevral 27, 2026

    Ensizçiçək çadırçiçəyi

  • Fevral 27, 2026

    Alyaska yupikləri

  • Fevral 27, 2026

    Henrix Mann

  • Fevral 27, 2026

    Sirat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst