Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru.
| Mahir Abbaszadə | |
|---|---|
| |
Vəzifədədir | |
| 2015-ci ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum adı | Mahir Tapdıq oğlu Abbaszadə |
| Doğum tarixi | 27 oktyabr 1975 (50 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | iqtisadçı, siyasətçi |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | |
| | |
| Təltifləri | |
Həyatı
Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir.
1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir.
Ehtiyatda olan zabitidir.
Mahir Abbaszadə 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib.
Ailəsi
Ailəlidir 3 övladı var.
Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır.
Elmi fəaliyyəti
Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib. 2010-cu ildə elmi şurada müdafiə edib. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
1 elmi kitabın, 7 elmi məqalənin, 3 elmi tezisin müəllifidir.
Siyasi fəaliyyəti
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmiş və millət vəkili seçilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mahir Abbaszadə haqqında məlumat. Mahir Abbaszadə nədir? Mahir Abbaszadə nə deməkdir?
