Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rişard Avedon 15 may 1923-cü ildə Nyu-Yorkdə yəhudi ailəsində anadan olmuşdur. Onun xələfləri XIX əsrin sonlarında Rusiyadan ABŞ-yə mühacirət etmişlər. O, Kolum

Riçard Avedon

  • Ana Səhifə
  • Vikipediya
  • Riçard Avedon

Rişard Avedon (ing. Richard Avedon, 15 may 1923 — 1 oktyabr 2004) — Amerika fotoqrafı.

Riçard Avedon
ing. Richard Avedon
Riçard Avedon 2004-cü ildə
Riçard Avedon 2004-cü ildə
Doğum tarixi 15 may 1923
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi 1 oktyabr 2004 (81 yaşında)
Vəfat yeri San-Antonio, ABŞ
Vəfat səbəbi beyin qansızması[d]
Təhsili
  • Kolumbiya Universiteti,
  • Sosial Tədqiqatlar üçün Yeni Məktəb[d]
Fəaliyyəti fotoqraf
Fəaliyyət illəri 1945–2004
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
richardavedon.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tərcümeyi-halı

Rişard Avedon 15 may 1923-cü ildə Nyu-Yorkdə yəhudi ailəsində anadan olmuşdur. Onun xələfləri XIX əsrin sonlarında Rusiyadan ABŞ-yə mühacirət etmişlər. O, Kolumbiya universitetinə daxil olmuş, lakin 1 il oxuduqdan sonra təhsilini yarımçıq qoymuşdur. Rişard Avedon 1944-1950-ci illərdə "Harper’s Bazaar" jurnalının art-direktoru Aleksey Brodoviçin fotoqrafiya məktəbində təhsil almışdır. 1946-cı ildə o, həm də "Harper’s Bazaar" jurnalında işləməklə yanaşı, eyni zamanda öz xüsusi studiyasını yaratmışdır. 1966-cı ildə Vogue jurnalında fotoqraf kimi fəaliyyətə başlayan Rişard Avedon 1990-cı ilədək burada işləmişdir.

1960-cı illərdə müharibə əleyhinə hərəkatın və vətəndaş hüquqları uğrunda hərəkatın iştirakçılarının fotolarını çəkmiş və bu fotolar onun "Avedon:The Sixties" albomuna daxil edilmişdir. Bu albomda Rişard Avedon həm də Bitlz, Cenis Coplin, Frenk Zapp, Endi Uorkolun fotoportretlərinə də xüsusi yer ayırmışdır.

1976-cı ildə Rişard Avedon dövlət və siyasi xadimlərin, işgüzar elitanın nümayəndələrinin portretləri daxil olan "Ailə" (The Family) albomunu nəşr etdirdi. Bu alboma ağ-qara şəkillərdən ibarət 69 foto daxil idi. Burada Corc Buşun, Henri Kissincerin, Ronald Reyqanın, Danold Ramsfeldin, həmçinin Kennedi və Pokfellerlər ailəsinin üzvlərinin foto portretləri də var idi. "Ailə" albomu Nyu-Yorkda Metropoliten muzeyində saxlanılır.

1992-ci ildə o, The New Yorker həftəlik mətbuat orqanında çalışmağa başlamışdır. Rişard Avedon ömrünün 82-ci ilində San-Antonio xəstəxanasında beyninə qan sızması nəticəsində vəfat etmişdir..

Fotoalbomları

  • 1959 — Observations
  • 1964 — Nothing Personal
  • 1973 — Alice in Wonderland
  • 1976 — Portraits
  • 1978 — Portraits 1947—1977
  • 1985 — In the American West
  • 1993 — An Autobiography
  • 1994 — Evidence
  • 1999 — The Sixties
  • 2001 — Made in France
  • 2002 — Richard Avedon Portraits
  • 2005 — Woman in the Mirror
  • 2008 — Performance

Xarici keçid

  • Официальный сайт (ing.)
  • Подборка работ Ричарда Аведона и его биография 2016-03-08 at the Wayback Machine
  • Альбом «The Sixties» 2006-05-17 at the Wayback Machine (ing.)
  • Портфолио Ричарда Аведона на ArtPages (99 фото) 2014-03-27 at the Wayback Machine
  • «In the American West» Amon Carter Museum, Fort Worth, Texas 2006-05-24 at the Wayback Machine (ing.)
  • Биография, фотографии  (ing.)
  • Работы Аведона в рекламе 2008-06-30 at the Wayback Machine (ing.)
  • Ричард Аведон. Биография

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Riçard Avedon haqqında məlumat. Riçard Avedon nədir? Riçard Avedon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Emmanuel Makron

  • Fevral 27, 2026

    Giza

  • Fevral 26, 2026

    I Yekaterina

  • Fevral 27, 2026

    Apollon (mifologiya)

  • Fevral 27, 2026

    İntibah humanizmi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst