"Qudison Park" (ing. Goodison Park) — İngiltərənin Liverpul şəhərindəki "Walton" səmtində "Everton" futbol klubunun stadionudur.

1892-ci ildə inşa edilən "Qudison Park", dünyanın ən qədim futbol stadionlarında biridir. Bu stadiona İngiltərədə "Möhtəşəm yaşlı qadın" ləqəbi verilmişdir. 1913-ci ildə Kral V. Corc "Qudison Parkı" ziyarət etdi. Bu İngiltərədə bir hökmdarın ilk stadion ziyarətiydi. 40.569 tamaşaçı tutumlu "Qudison Park" stadionu müxtəlif tarixlərdə əhəmiyyətli müsabiqələrə ev sahibliyi etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qudison Park haqqında məlumat. Qudison Park nədir? Qudison Park nə deməkdir?