Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu.

Qaldan-Boşoqtu

  • Ana Səhifə
  • Vikipediya
  • Qaldan-Boşoqtu

Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu.

Qaldan-Boşoqtu
monq. ᠭᠠᠯᠳᠠᠨ ᠪᠣᠱᠣᠭᠲᠤ ᠬᠠᠭᠠᠨ
Şəxsi məlumatlar
Doğum tarixi 1644(1644)
Vəfat tarixi 23 aprel 1697(1697-04-23) (52–53 yaşında)
Vəfat səbəbi zəhərlənmə[d]
Fəaliyyəti bhikşu
Atası Erdeni-batır
Həyat yoldaşı
  • Anu xatun (1671)
Dini Tibet buddizmi

Mündəricat

Həyatı

Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü.

Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi. Bu nöqtədə hər iki ölkə də barışdan yana idi. Qarşılıqlı elçilərin göndərilməsi ilə münasibətləri davamlı tutulmuşdur. Kukunordakı Oçirtu xan, Quşi xan və Volqa Kalmıklarından Ayuke xan ilə münasibətlər quruldu. Her iki bölgənin liderləri də Qaldanın hakimiyətini tanıdılar. Fəqət Oçirtu xan ilə 1678-ci ildə bir anlaşmazlıq çıxdı və Oçirtu xan öldürüldü. Eyni il Akdağlık Appak xoca, Dalay Lamadan yardım istemiş, o da durumu Qaldan Boşoqtuya bildirmişdir. Buna görə Qaldan Boşoqtu Şərqi Türkistan səfərinə çıxmış, bu bölgədə iqtidarı əldə saxlayan İsmail xanı əsir almışdır. Beləcə buranı hakimiyəti altına alaraq bölgənin başçılığını Appak xocaya vermişdir. 1679-cu ildə Rusiya ilə Cunqariya sərhəd-sınırında olan qırğızların, böyük əksəriyyətinin vergi məsələlərinden dolayı Cunqariya torpaqlarına köç etdikləri görünür. Ayrıca bu il 5-ci Dalay Lama tərəfindən Qaldana, Boşoqtu xan ünvanı verilmiş, beləcə Qaldan ruhani lider olaraq da nüfuzunu möhkəmləndirmişdi.

Dalay Lamanın istəyi üzərinə Xalxa üzərinə 1695-ci ildə səfərə çıxan Qaldan, Çing orduları ilə savaşmış, 1696-cı ilin may ayında Zuun Mod savaşında böyük bir itki verərək geri çəkilmək məcburiyyətində qalmışdır. İqtisadi və siyasi baxımdan yaxşıca zəifləyən Qaldan Boşoqtu xan içərisinə düşdüyü bu durum nəticəsində xəstələnmiş və 13 mart 1697-ci ildə ölmüşdür.

Ədəbiyyat

  • Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964.
  • Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
  • Dalay Çuluunii, Oyrad Mongoliin Tuuh, Ulaanbaatar, 2000.
  • Çimitdorjiyev, Şirap B., Rossiya i Mongoliya, Moskva, 1987.
  • Чимитдоржиев Ш. Б. Национально-освободительное движение монгольского народа в XVII-XVIII вв.

Həmçinin bax

  • Cunqar xanlığı
  • Erdeni-batır
  • Senqe

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaldan-Boşoqtu haqqında məlumat. Qaldan-Boşoqtu nədir? Qaldan-Boşoqtu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    10 iyul

  • Fevral 12, 2026

    Azərpoçt

  • Fevral 27, 2026

    Kaktuslar

  • Fevral 26, 2026

    Qırmızı Qəsəbə

  • Fevral 27, 2026

    Rafael Lemkin

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst