Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İdigən xaqan - Uyğur xaqanlığının üçüncü xaqanıdır. Taxta çıxarkən adını Tarxan Bögü xaqan olaraq dəyişdirdi. Daha sonra isə Alp Külük Bögü xaqan adını qəbul et

İdigən

  • Ana Səhifə
  • Vikipediya
  • İdigən

İdigən xaqan - Uyğur xaqanlığının üçüncü xaqanıdır. Taxta çıxarkən adını Tarxan Bögü xaqan olaraq dəyişdirdi. Daha sonra isə Alp Külük Bögü xaqan adını qəbul etdi. Tam titulu isə Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə Xaqandır.

İdigən xaqan
牟羽可汗
Uyğur xaqanlığının III xaqanı
Tenqridə Qut Bolmuş
İl Tutmuş Alp Külüg Bilgə Xaqan
759 – 780
ƏvvəlkiBayan Çur xaqan
SonrakıTun Bağa Tarxan
Şəxsi məlumatlar
Vəfat tarixi 780
Vəfat yeri Ordu-Balıq
Atası Bayan Çur xaqan
Həyat yoldaşları Quantsin (Puqu Xuanyenin qızı)
Li Han (Puqu Xuanyenin qızı) )
Dini Manilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Taxta çıxması və Çindəki üsyanı yatırması

Atasının ölümündən sonra taxta çıxan İdigən xaqan Çində vətəndaş müharibəsi çıxması ehtimalına qarşı hücumlara hazırlıq görməyə başladı. 762-765-ci illər ərzində Çində imperatora üsyanı yatırmağa kömək edən İdigən, Daninq şahzadəsi, əslən Uyğur olan Puqu Xuanyenin qızı Quantsin ilə evləndi.

Manilik

763-cü ildə Tenqriçilik dinini tərk edib Manilik dini qəbul edən İdigən, dörd Maniheist rahib müşaiyətində dövlətin rəsmi dinini Maniheizm elan etdi. 768-ci ildə İdigən imperatora göndərdiyi səfirlərlə Çində Maniheist dini mərkəzlərinin açılmasını istəyirdi, imperator istəməsə də 771-ci ildə buna məcbur oldu.

Tibetlilərlə müharibə

765-ci ildə qaynatası Puqu Xuanyenin çağırışı üzərinə Tan sülaləsinə qarşı Tibetlilər və Uyğurların birgə yürüşü başladı. Puqu Xuanyenin ölümündən sonra isə Uyğurlar çinlilərlə sülh bağlayıb Tibetə hücum etdilər. 765-ci ildin qışı Çinli general Bay Yuanquan ilə 50.000 Tibetli öldürüldü, 10.000 əsir alındı, əsir saxlanılan Uyğur və Çinli ailələr isə sərbəst buraxıldı.

Çinlilərlə müharibə

768-ci ildə xaqanın Quantsinin ölümündən sonra 769-cu ildə imperator ona Quantsinin bacısı Li Hanı 20.000 top ipəklə birgə göndərdi. Çinli quldur qruplarının daima Uyğur torpaqlarına girməsi xaqanı əsəbləşdirdi və imperatora xəbərdarlıq göndərdi. Çinlilər çox böyük məbləğdə bac verməyə məcbur oldular. 778-ci ildə xaqan xəbərdarlıq vermədən Taiyuana hücum edərək 10.000 çinli əsgəri öldürdü. Müharibənin davam etməməsini istəyən Tun Bağa Tarxan adlı bir Uyğur sərkərdə xaqanı öldürdü və özünü xaqan elan etdi.

İstinad

  1. Ahmet Taşağıl, "Uygurlar", Türkler, Cilt 2, Yeni Türkiye, Ankara, 2002, ISBN 975-6782-35-8, s. 218.
  2. D. I. Tikhonov. Economy and social system Uighur Khanate X-XIV centuries. "Nauka", Moscow-Leningrad, 1966. Pp. 27
SƏLƏF
Bayan Çur xaqan
İdigən
759 - 780
XƏLƏF
Tun Bağa Tarxan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İdigən haqqında məlumat. İdigən nədir? İdigən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kolibrilər

  • Fevral 27, 2026

    Karo Kahkecyan

  • Fevral 27, 2026

    Mişşi Sespel

  • Fevral 27, 2026

    Ağlağan

  • Fevral 23, 2026

    Arxipelaq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst