Yuri Konovalov (rus. Юрий Коновалов; 30 dekabr 1929, Bakı – 25 may 2008, Smolensk) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ idman ustası (1955), SSRİ əməkdar idman ustası (1957).
| Yuri Konovalov | |||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| rus. Юрий Коновалов | |||||||||||||||||
![]() Konovalov 1960 Yay Olimpiya Oyunlarında | |||||||||||||||||
| Şəxsi məlumatlar | |||||||||||||||||
| Vətəndaşlığı | | ||||||||||||||||
| Doğum tarixi | |||||||||||||||||
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||||||||||||||
| Vəfat tarixi | |||||||||||||||||
| Vəfat yeri | Smolensk vilayəti, Rusiya | ||||||||||||||||
| Boyu | 1.83 sm | ||||||||||||||||
| Çəkisi | 77 kq | ||||||||||||||||
| İdman növü | yüngül atletika | ||||||||||||||||
| Komandası | "Neftçi" (Bakı) | ||||||||||||||||
| Medallar
| |||||||||||||||||
İdman karyerası
Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris Tokarev və Vladimir Suxarevlə birlikdə gümüş medal qazanıb. 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.
1960-cı il Roma Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid Bartenev və Edvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb. 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.
1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.
Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.
Qalereya
Smolenskdəki Odinçovski qəbiristanlığında Yuri Konovalovun məzarı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuri Konovalov haqqında məlumat. Yuri Konovalov nədir? Yuri Konovalov nə deməkdir?
